Maka Boçorişvili: Azərbaycanla Gürcüstan arasında siyasi dialoq yüksək səviyyədədir

Maka Boçorişvili: Azərbaycanla Gürcüstan arasında siyasi dialoq yüksək səviyyədədir
SİYASƏT
18:50 24.11.2026
82
''Gürcüstan və Azərbaycan arasında strateji əməkdaşlıq, siyasi dialoq və regional vəziyyət müzakirə olunub.''

AZXEBER.COM xəbər verir ki, bu sözləri Gürcüstanın baş nazir müavini və xarici işlər naziri Maka Boçorişvili Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.

O bildirib ki, görüş zamanı ölkələr arasındakı mövcud strateji əməkdaşlıq, ikitərəfli gündəlik, gələcək addımlar və regionda mövcud vəziyyət ətrafında fikir mübadiləsi aparılıb.

Nazirin sözlərinə görə, cari il Azərbaycan-Gürcüstan münasibətləri baxımından, xüsusilə yüksək səviyyəli siyasi dialoq sahəsində kifayət qədər intensiv olub. Bu da iki ölkə arasındakı strateji əməkdaşlığın əhəmiyyətini bir daha göstərir.

Maka Boçorişvili qeyd edib ki, bu il Gürcüstanda Azərbaycan Prezidentini qəbul etmək onlar üçün böyük fəxr olub. O, həmin səfəri Gürcüstan üçün mahiyyət etibarilə çox əhəmiyyətli görüş kimi qiymətləndirib.

O, həmçinin may ayında Gürcüstanın Baş nazirinin Bakıya səfərini xatırladaraq, bu səfərin nəticələrinin də iki ölkə arasındakı strateji əməkdaşlıq baxımından əhəmiyyətini vurğulayıb.

Aynur Babazadə
OXŞAR XƏBƏRLƏR