“Manset.az bu gün istinad mənbəyinə çevrilib” - Famil Fərhadoğlu

“Manset.az bu gün istinad mənbəyinə çevrilib” - Famil Fərhadoğlu
ÖZƏL
14:27 10.06.2025
2261
Azərbaycanın tanınmış xəbər saytlarından olan "Manşet.az" xəbər portalı bu gün dörd yaşını qeyd edir.
 
Manşet.az xəbər Portalının direktoru Famil Fərhadoğlu 4 illik fəaliyyətləri ilə bağlı təəssüratlarını AZXEBER.COM saytı ilə bölüşüb.
 
Həmin müsahibəni təqdim edirik:

- Bu gün manset.az saytı 4 yaşını qeyd edir. Geriyə baxarkən 4 ili necə dəyərləndirirsiz?
 
- Daha öncə televizya sahəsində fəaliyyət göstərmişəm. Ən son "Space" televiziyasında xəbərlər departamentində müxtəlif vəzifələrdə çalışmışam. Televizya kanalında fəaliyyətimi sonlandırdıqdan sonra, xəbər portalında işimi davam etdirmişəm. Həmin fəaliyyətim dövründə saytın özəl xəbərlərinin əksəriyyətinin müəllifi olmuşam. Bu da mənim xəbər portalı sahəsində təcrübəmin daha da formalaşmasına səbəb olub. Çalışdığım saytla yollarımız ayrılandan sonra öz müstəqil işimi qurmaq qərarını aldım. Bu da əbəs yerə deyildi. Çünki jurnalisika sahəsində təhsil almışam və müxtəlif treninqlərdə iştirak etmişəm. Xəbər portalı təsis etmək qərarına gəldikdə müxtəlif təkliflər aldım. Ancaq xəbər portalını qrup yoldaşım və uzun illər dostluq etdiyim Əli Vəliyevlə yaratmaq qərarına gəldik. Əlinin də, özümün də özəl xəbər tapma potensialına bələd olduğum üçün portalın ayaqda durması, onun istehsal etdiyi xəbərdən asılı olduğuna da inanırdım. Biz ikimiz birlikdə daha böyük uğurlar qazana bilərik deyə düşünürdüm. Bütün bunların fonunda "Manşet.az" xəbər portalını təsis etdik. 

- Niyə məhz saytın adını manset.az seçdiniz? 

- Ad seçimində fikir ayrılığı yaşasaq da, sonda "Manşet.az" adında qaldıq. Şükürlər olsun ki, xəbər portalımız özünü doğrultdu və istinad mənbəyinə çevrildi.
 
- 4 il az müddət olsa da, media sferasında kifayət qədər fərqlənməyi bacarmısınız. Manset.az-ın digər saytlardan fərqi nədədir?

- 4 il ərzində bizi digər saytlardan fərqləndirən mötəbər açıqlamalarımız və özəl təyinat xəbərlərimiz olub. Bu da təbii ki geniş auditoriya kütləsinin cəlb olunması ilə nəticələndi. Hazırda nəinki Azərbaycanda, sərhədlərimizdən kənarda yaşayan həmvətənlərimiz də bizim xəbərlərimizi oxuyurlar. Dünyada və Azərbaycanda baş verən yeniliklərdən bizim vasitəmizlə xəbərdar olurlar.
 
- Dediniz ki, saytı dostunuz Əli Vəliyev ilə birgə təsis etmisiz. 4 ildə dostunuz ortaq kimi necə tanıdınız?

- Mən Əli Vəliyevlə birlikdə jurnalistika üzrə ali təhsil almışıq. O illərdən dostluq münasibətlərimiz yaranıb. Bu münasibətimiz artıq ailəvi dostluğa çevrilib. Əli etibar etdiyim qrup yoldaşlarımdan olub. 4 illik fəaliyyətimizdə hər şey qaydasındadır. Ümid edirəm ki, dostluq münasibətlərimiz iş mühitində daha da doğmalaşacaq və birlikdə uğurlar qazana biləcəyik.
 
- Bəzi hallarda xəbərlərinizə istinad edilmədiyinə görə sosial şəbəkələrdə etirazlarınızı görürük. Bu haqda nə deyə bilərsiniz? 
 
- Bizim bu məsələlərə həssas yanaşmamızın səbəbi gecəni-gündüzümüzə qatmağımızdır. Bu gün Azərbaycanda mətbuata böyük diqqət və qayğı var. Mətbuat nümayəndələri arasında ayrı-seçkilik yoxdur. Medanın İnkişaf Agentliyinin onlayn media subyektlərinə nəzərdə tutulan müsabiqədə iştirak etmişik və qalib gəlmişik. Burada da ədalətli qərarların şahidi olmuşuq. Belə olduğu halda vəzifəmiz özəl xəbərlər tapmaq və bu xəbərləri geniş auditoriyaya çatdırmaqdır. Belə olduğu halda kiçik bir kollektivlə daha maraqlı xəbərlər tapıb, daha mötəbər açıqlamalar almağa çalışırıq. Çalışırıq ki, bizə inamın formalaşması və etibarlı mənbə rolunu oynamaqda vasitəçi olaq. Bizə istinad edən saytların bu təşəbbüsünü yüksək qiymətləndirirk. Jurnalist jurnalistin xəbərini götürüb istinad edirsə, bu onun əməyinə, işinə verilən dəyərin göstəricisidir. Eyni zamanda yeni media haqqında qanunda da nəzərdə tutulur ki, bir mənbə digər mənbədən tez xəbər yayımlayırsa ikincinin birinciyə istinad etməsi zəruridir. Bəzən istinad etməyən həmkarlarımız olanda məcbur qalıb etirazımızı edirik.
 
- Mediada dostunuz çoxdur yoxsa sizi sevməyənlər? 

- Bu gün tək mənim yox "Manşet.az" portalının mediada dostları çoxdur. Rahatlıqla deyə bilərəm ki, bu gün Azərbaycan mediasında sağlam mühit formalaşıb. Onu da qeyd edə bilərəm ki, biz əlamətdar bir tarixi il yaşayırıq. Bildiyimiz kimi, bu il Azərbaycan mətbuatının yaranmasının 150 illiyi qeyd olunanacaq. Bununla bağlı Prezident İlham Əliyevin sərəncamı da oldu. Artıq silsilə tədbirlərin keçirilməsinə də başlanılıb. Biz dost həmkarlarımızla birlikdə çalşırıq ki, bu mətbuat ilində daha səmərəli fəaliyyət göstərək və Azərbaycanda mətbuat nümayəndələrinə olan diqqəti-qayğını hiss edərək öz fəaliyyətimizdə daha böyük inkişafa nail ola bilək.
 
- Qarşıda hansı layihələriniz var?

- Təbii ki, layihələr dayanıqlı resursdan və maddi imkanlardan asılı olaraq formalaşır. Biz də oxucuların marağına səbəb olan layihələrlə yaddaşlarda qalmağa çalışırıq. Bizim qarşıda ən böyük planımız "Multimedia" şöbəsinin yaradılmasıdır. Eləcə də video bölməsinin oxuculara aktiv şəkildə çatdırılmasıdır. Ümid edirik ki, qarşıda buna nail olacağıq. Ona görə də "Manşet.az" oxucularına təşəkkürümüzü bildiririk ki, bizi izləyirlər. Biz də bizə olan etimadı doğrultmaq üçün əlimizdən gələni edirik.
 
Günel Hüseynli
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Novo Azərbaycanın “Az Çəki, Çox Həyat” kampaniyası çərçivəsində Gənclik Mall-da keçirilən aktivliyi uğurla yekunlaşıb
17:15 19.10.2026
Novo Azərbaycanın “Az Çəki, Çox Həyat” kampaniyası çərçivəsində Gənclik Mall-da keçirilən aktivliyi uğurla yekunlaşıb
Mətbuat Şurası Türkiyə mediasında Azərbaycana qarşı aparılan qərəzli kampaniya barədə bəyanat yaydı
17:15 19.10.2026
Mətbuat Şurası Türkiyə mediasında Azərbaycana qarşı aparılan qərəzli kampaniya barədə bəyanat yaydı
Tovuzda tarixi qarşılaşmaya hazırlıq: İdman kompleksi yeniləndi - FOTOLAR
17:11 19.10.2026
Tovuzda tarixi qarşılaşmaya hazırlıq: İdman kompleksi yeniləndi - FOTOLAR
“Falçılıq” adı altında dələduzluq edən şəxs saxlanılıb
16:55 19.10.2026
“Falçılıq” adı altında dələduzluq edən şəxs saxlanılıb
Yoluxucu xəstəliklərlə bağlı həyəcan: Mütəxəssislərdən vacib xəbərdarlıq
16:43 19.10.2026
Yoluxucu xəstəliklərlə bağlı həyəcan: Mütəxəssislərdən vacib xəbərdarlıq
Məktəblilər üçün beynəlxalq informatika müsabiqəsinə qeydiyyat başladı
16:38 19.10.2026
Məktəblilər üçün beynəlxalq informatika müsabiqəsinə qeydiyyat başladı
Xaricdən maşın gətirmək əvvəlki kimi asan deyil – Ekspertdən AÇIQLAMA
16:38 19.10.2026
Xaricdən maşın gətirmək əvvəlki kimi asan deyil – Ekspertdən AÇIQLAMA
Bakıda “The World of Adrenaline” beynəlxalq sirk proqramı təqdim olunub
16:35 19.10.2026
Bakıda “The World of Adrenaline” beynəlxalq sirk proqramı təqdim olunub
Paytaxtın bu ərazisində mənzillər kəskin ucuzlaşdı
16:13 19.10.2026
Paytaxtın bu ərazisində mənzillər kəskin ucuzlaşdı
İran bayraqları, fars dilində şüarlar... -  Almaniyadakı aksiyada diqqətçəkən MƏQAMLAR
16:09 19.10.2026
İran bayraqları, fars dilində şüarlar... - Almaniyadakı aksiyada diqqətçəkən MƏQAMLAR
Pensiyaçılara şad xəbər - Bu tarixdə
15:59 19.10.2026
Pensiyaçılara şad xəbər - Bu tarixdə
Tramp Fransanı sərhədlərini dərhal bağlamağa çağırıb
15:43 19.10.2026
Tramp Fransanı sərhədlərini dərhal bağlamağa çağırıb
İstanbulda İsrail vətəndaşına hücum edildi - ANBAAN VİDEO
15:39 19.10.2026
İstanbulda İsrail vətəndaşına hücum edildi - ANBAAN VİDEO
Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur
15:34 19.10.2026
Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur
Lavrov İrana səfər edib
15:29 19.10.2026
Lavrov İrana səfər edib
“Volkswagen”dən şok qərar: 660 min işçinin maaşı artırılmayacaq
14:57 19.10.2026
“Volkswagen”dən şok qərar: 660 min işçinin maaşı artırılmayacaq