Mədəniyyət Nazirliyində bu günə qədər hansı islahatlar həyata keçirilib?

Mədəniyyət Nazirliyində bu günə qədər hansı islahatlar həyata keçirilib?
MƏDƏNİYYƏT
14:17 20.11.2025
1100

2023-cü ildə Adil Kərimlinin mədəniyyət naziri təyin edilməsindən sonra bu mərkəzi icra qurumunun fəaliyyətində müsbət istiqamətdə ciddi dəyişiliklər müşahidə edilir. 

Yeni nazirin dövründə aparılan struktur və kadr islahatları mədəniyyət sektorunda nəzərəçarpacaq dərəcədə canlanma yaradıb. Nazirlikdə tətbiq olunan yeni idarəetmə modeli, təyinatların şəffaflığı və peşəkarların rəhbər vəzifələrə gətirilməsi mədəniyyət sahəsinin müxtəlif istiqamətlərində real nəticələr verməkdədir. 

AZXEBER.COM "Sfera.az"a istinadən xəbər verir ki, son dövrlərdə nazirliyin tabeliyindəki müəssisələrin böyük hissəsində yenilənən komanda, bu qurumların iş ritmini və fəaliyyət effektivliyini artırıb.

Misal üçün, nazirin əmri ilə Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru təyin olunan Şirin Yaşar qızı Məlikova, daha əvvəl rəhbərlik etdiyi Milli Xalça Muzeyində gördüyü işlərlə tanınırdı.

Onun yeni vəzifəyə gətirilməsindən sonra ölkənin ən böyük incəsənət muzeyində ciddi strukturlaşdırma, sərgilərin yenilənməsi prosesi sürətlənib. Muzeyin həm elmi, həm də sərgi fəaliyyətində dinamika müşahidə olunur, bu da təyinatın təsadüfi olmadığını göstərir. 

Azərbaycan Milli Xalça Muzeyinə direktor təyin edilən Əminə Zakir qızı Məlikova isə həm "Azərbaycan Kəlağayı”, həm də "Butalı” kimi milli brendlərin yaradıcısı kimi tanınır.

Onun rəhbərliyindən sonra muzeyin işində xalça irsinin təbliği və beynəlxalq sərgilərdə iştiraka xüsusi diqqət ayrılıb. Muzeydə toxuculuq ənənələrinin qorunması, regional xalça məktəblərinin yenidən aktuallaşdırılması kimi istiqamətlərdə də mühüm addımlar atılıb.

Mədəniyyət Nazirliyi teatr sahəsində də idarəetməni gücləndirir. Azərbaycan Dövlət Mahnı Teatrının direktoru vəzifəsinə təyin olunan Ülviyyə Bəbirovanın gəlişi ilə teatrda həm repertuarın yenilənməsi, həm də gənc ifaçılara dəstək proqramlarının tətbiqi nəzərə çarpır. 

Eyni yanaşma mədəniyyət obyektlərində idarəetmənin təkmilləşdirilməsində və səmərəliliyin artırılmasında özünü göstərir. Buna bir nümunə məşhur rejissor və ssenarist İlham Qasımovun Heydər Əliyev Sarayının direktoru təyin edilməsidir. Bu təyinat idarəetmənin professional səviyyədə formalaşdırılmasına xidmət edən addım kimi qiymətləndirilir.

Qeyd edilən təyinatdan sonra Heydər Əliyev Sarayında təşkil olunan, keçirilən mədəniyyət tədbirlərində izdiham müşahidə olunur, əksər tədbirlərdə boş yer tapmaq mümkün olmur.  

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrına  yeni direktorun təyinatı da bu sahədə işin keyfiyyətinin artırılmasına xidmət edib. Adil Kərimlinin müvafiq əmri ilə bu vəzifəyə Yusif Eyvazov təyin olunub. 

Yusif Eyvazov opera müğənnisi, dramatik tenor, Azərbaycan Respublikasının Xalq artistidir. O, nəinki Azərbaycanda, eləcə də ölkəmizin sərhədlərindən xaricdə tanınan görkəmli incəsənət xadimidir. 

Bu yaxınlarda Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktor müavini vəzifəsinə iki təyinat olub. 

Mədəniyyət naziri Adil Kərimlinin əmri ilə Gəncə Dövlət Filarmoniyasının direktoru Ramil Adıgözəl oğlu Qasımov vəzifəsindən azad olunub.

O, nazirin başqa əmri ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktor müavini vəzifəsinə təyin edilib.

Nazir Adil Kərimlinin bir başqa əmri ilə Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktor müavini Hüseyn Akif oğlu Hüseynov Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktor müavini vəzifəsinə təyinat alıb. 

Son illər diqqətdən kənarda qalan Nizami Kino Mərkəzinin fəaliyyətində də müsbət dönüş baş verib. Mədəniyyət Nazirliyinin müdaxiləsi nəticəsində mərkəzin tədbir və nümayiş proqramı genişləndirilib, yeni yerli və xarici filmlərin nümayişi bərpa olunub.

Kino mühitinin nümayəndələri mərkəzin əvvəlki nüfuzunun qaytarılması istiqamətində ardıcıl addımların atıldığını bildirirlər. Bu proses kino infrastrukturunun yenilənməsi siyasətinin tərkib hissəsi kimi qiymətləndirilir. 

Nazir Adil Kərimlinin rəhbərliyi ilə aparılan bu islahatlar mədəniyyət sahəsində idarəetmənin modernləşdirilməsini, qurumlar arasında əlaqələndirmənin gücləndirilməsini və yaradıcı mühitin inkişafını hədəfləyir.

Nazirliyin böyük ictimai dəstək qazanan fəaliyyətlərindən biri də "Xarıbülbül Festivalı”nın yüksək səviyyədə keçirilməsi olub. Festival Qarabağın mədəni irsinin dünyaya tanıdılmasında əhəmiyyətli rol oynamaqla yanaşı, bölgənin bərpa olunan mədəni mühitinin zənginliyini nümayiş etdirməsi baxımından xüsusi önəm daşıyır. 

Ümumilikdə, Mədəniyyət Nazirliyində aparılan kadr yenilənməsi, şəffaf idarəçilik prinsiplərinin tətbiqi və müxtəlif mədəni sahələrdə aktiv fəaliyyət Azərbaycan mədəniyyətinin inkişafına təkan verən əsas amillər kimi dəyərləndirilir.


Nazirliyin fəaliyyəti həm peşəkarlar, həm də ictimaiyyət tərəfindən islahatlara doğru atılmış real addımlar kimi qiymətləndirilməlidir.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Prezidentin Almaniya səfərindən - Görüntülər
19:55 21.07.2026
Prezidentin Almaniya səfərindən - Görüntülər
Pakistanda leysan nəticəsində 9 nəfər ölüb, 28 ev dağılıb
19:21 21.07.2026
Pakistanda leysan nəticəsində 9 nəfər ölüb, 28 ev dağılıb
Ülviyyə Xəlilbəyli əri Muradla ayrılıq səbəbini ilk dəfə açıqladı
19:07 21.07.2026
Ülviyyə Xəlilbəyli əri Muradla ayrılıq səbəbini ilk dəfə açıqladı
İran ABŞ-nin İordaniyadakı hərbi bazasına zərbə endirdi
18:59 21.07.2026
İran ABŞ-nin İordaniyadakı hərbi bazasına zərbə endirdi
Messi Argentina millisi ilə vidalaşdı
18:49 21.07.2026
Messi Argentina millisi ilə vidalaşdı
Rektor: Beynəlxalq Türk Dövlətləri Universitetinin böyük planları var
18:45 21.07.2026
Rektor: Beynəlxalq Türk Dövlətləri Universitetinin böyük planları var
İran ABŞ-nin Bəhreyndəki hərbi bazasını vurub
18:35 21.07.2026
İran ABŞ-nin Bəhreyndəki hərbi bazasını vurub
WSJ: İsrail ABŞ-ni İrana qarşı genişmiqyaslı zərbələri bərpa etməyə inandırmağa çalışır
18:21 21.07.2026
WSJ: İsrail ABŞ-ni İrana qarşı genişmiqyaslı zərbələri bərpa etməyə inandırmağa çalışır
Azərbaycanda Süni intellektin inkişafı üzrə məsul dövlət orqanları müəyyənləşdi - SİYAHI
17:59 21.07.2026
Azərbaycanda Süni intellektin inkişafı üzrə məsul dövlət orqanları müəyyənləşdi - SİYAHI
Direktorların işə qəbulu üzrə müsahibə mərhələsi başlayır
17:36 21.07.2026
Direktorların işə qəbulu üzrə müsahibə mərhələsi başlayır
Bərdədə kanalda batan şəxsin meyiti tapıldı
17:33 21.07.2026
Bərdədə kanalda batan şəxsin meyiti tapıldı
Salyandakı qəzada ölənlərin - Fotoları
17:32 21.07.2026
Salyandakı qəzada ölənlərin - Fotoları
“Vital Hospital”dakı hadisədən sonra bu məsələ gündəmə gəldi – Rəsmi Cavab
17:15 21.07.2026
“Vital Hospital”dakı hadisədən sonra bu məsələ gündəmə gəldi – Rəsmi Cavab
İş saatlarının dəyişdirilməsi Bakıda tıxac problemini həll edəcəkmi? – “Bu kifayət etməyəcək”
17:08 21.07.2026
İş saatlarının dəyişdirilməsi Bakıda tıxac problemini həll edəcəkmi? – “Bu kifayət etməyəcək”
Hikmət Hacıyevlə Tural Sadıqlının dialoqu: "Vətənə xəyanət bədbəxtlikdir" - VİDEO
16:52 21.07.2026
Hikmət Hacıyevlə Tural Sadıqlının dialoqu: "Vətənə xəyanət bədbəxtlikdir" - VİDEO
İranda anomal istilər: dövlət və təhsil müəssisələri bağlanır
16:43 21.07.2026
İranda anomal istilər: dövlət və təhsil müəssisələri bağlanır