Nazirlik Mövlud Süleymanlının vəfatı ilə bağlı nekroloq yaydı

Nazirlik Mövlud Süleymanlının vəfatı ilə bağlı nekroloq yaydı
MƏDƏNİYYƏT
23:25 21.02.2024
1201
Mədəniyyət Nazirliyi Xalq yazıçısı Mövlud Süleymanlının vəfatı ilə bağlı nekroloq yayıb.

AZXEBER.COM xəbər verir ki, nekroloqda deyilir:

"Azərbaycan mədəniyyətinə ağır itki üz verib. Əməkdar incəsənət хadimi, Xalq yazıçısı Mövlud Süleymаnlı 21 fevral 2024-cü il tarixində, ömrünün 81-ci ilində vəfat edib.

Mövlud Süleyman oğlu Balakişiyev (Mövlud Süleymanlı) 1943-cü il mаrtın 18-də Qərbi Azərbaycanda – Kalinino rayonunun Qızıl Şəfəq kəndində anadan olub.

Mövlud Süleymanlı 1968-ci ildə Аzərbаycаn Radiosundа əmək fəaliyyətinə başlayıb. 1992–2009-cu illərdə Аzərbаycаn Dövlət Telerаdiо Şirkətinin rаdiо üzrə sədr müаvini vəzifəsində işləyib. O, həmçinin "Azərbaycanfilm”kinostudiyasında, "Ulduz" və "Azərbaycan” jurnаllarındа müxtəlif vəzifələrdə çalışıb.

Ədəbi yaradıcılığa lirik şeirlərlə başlayan M.Süleymanlının "Əllərim" adlı ilk şeiri 1964-cü ildə "Azərbaycan gəncləri" qəzetində dərc olunub.

Daha sonra müəllifin şeirlərindən ibarət "Bir ünvan" adlı kitabı işıq üzü görüb.

Azərbaycan ədəbiyyatında daha çox nasir kimi şöhrət qazanan yazıçının "Qar”, "Yanğın”, "Şanapipik”, "Şeytan”, "Dəyirman” əsərlərindən ibarət "Ayın aydınlığında” (1979) kitabı çapdan çıxıb və ədəbi ictimaiyyətin diqqətini cəlb edib. 1980-ci illərin əvvəllərindən roman janrına müraciət edən yazıçının "Köç”, "Ceviz qurdu”, "Səs” əsərləri həmin dövr üçün Azərbaycan romançılığının inkişafında ayrıca mərhələ kimi səciyyələndirilib.

M.Süleymanlının bir sıra əsərləri tamaşaya qoyulub ("Kökdən düşmüş piano”, "Dəyirman” və s.), ssenariləri əsasında filmlər ("Çətirimiz buludlardır”, "Bəyin oğurlanması” və s.) çəkilib.

Azərbaycan ədəbiyyatı və mədəniyyətinin inkişafında xidmətləri yüksək qiymətləndirilən yazıçı "Əməkdar incəsənət xadimi” və "Xalq yazıçısı” fəxri adlarına, "Şöhrət” və "Şərəf” ordenlərinə layiq görülüb. 2008-ci ildən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü idi.

Mədəniyyət Nazirliyinin kollektivi Xalq yazıçısı Mövlud Süleymanlının vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin".
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Hörmüz boğazından keçən gəmi vurulub, yaralılar var
18:18 23.09.2026
Hörmüz boğazından keçən gəmi vurulub, yaralılar var
Bu gün əfv olunan Martin Ryan ölkəsinə qayıdıb
17:56 23.09.2026
Bu gün əfv olunan Martin Ryan ölkəsinə qayıdıb
İlham Əliyev BƏƏ-nin Vitse-prezidentinə başsağlığı verdi
17:39 23.09.2026
İlham Əliyev BƏƏ-nin Vitse-prezidentinə başsağlığı verdi
Dağ-mədən və metallurgiya: Azərbaycanın yeni sənaye mərhələsi
17:28 23.09.2026
Dağ-mədən və metallurgiya: Azərbaycanın yeni sənaye mərhələsi
Məktəbli forması niyə vacibdir?
17:27 23.09.2026
Məktəbli forması niyə vacibdir?
Unibank sahibkarlar üçün Yaşıl kredit təqdim edir: illik faiz 12%-dən başlayır
17:17 23.09.2026
Unibank sahibkarlar üçün Yaşıl kredit təqdim edir: illik faiz 12%-dən başlayır
Prezidentdən “AzerGold”la bağlı - Sərəncam
17:11 23.09.2026
Prezidentdən “AzerGold”la bağlı - Sərəncam
“Həcc ziyarəti üçün qiymət artımı qaçılmazdır” - QMİ
17:05 23.09.2026
“Həcc ziyarəti üçün qiymət artımı qaçılmazdır” - QMİ
“Bir az dadım, görüm xarabdırmı?” –  Evdə hazırlanan qida məhsulları ilə bağlı XƏBƏRDARLIQ
16:35 23.09.2026
“Bir az dadım, görüm xarabdırmı?” – Evdə hazırlanan qida məhsulları ilə bağlı XƏBƏRDARLIQ
Beynəlxalq tədbirlər zamanı nəqliyyat necə tənzimlənməlidir? - Tıxaclar hər yerdə olur, əsas bu addımlardır..
16:21 23.09.2026
Beynəlxalq tədbirlər zamanı nəqliyyat necə tənzimlənməlidir? - Tıxaclar hər yerdə olur, əsas bu addımlardır..
“Mərkəzi Nəbatat Bağı” və “Dendrologiya Bağı” birləşdirildi
16:15 23.09.2026
“Mərkəzi Nəbatat Bağı” və “Dendrologiya Bağı” birləşdirildi
Ermənistan-Türkiyə sərhədi açılacaq? – Türkiyəli generaldan açıqlama
16:13 23.09.2026
Ermənistan-Türkiyə sərhədi açılacaq? – Türkiyəli generaldan açıqlama
Nərimanovda 31 kiloqram narkotik vasitə aşkarlandı
16:06 23.09.2026
Nərimanovda 31 kiloqram narkotik vasitə aşkarlandı
Doktorant və gənc tədqiqatçıların 29-cu Respublika elmi konfransı keçiriləcək
15:58 23.09.2026
Doktorant və gənc tədqiqatçıların 29-cu Respublika elmi konfransı keçiriləcək
Mətbuat Şurasında “süni intellekt və media” mövzusunda tədbir keçirildi - FOTOLAR
15:41 23.09.2026
Mətbuat Şurasında “süni intellekt və media” mövzusunda tədbir keçirildi - FOTOLAR
Suriyada tarixində ilk: Qadın polislər məzun oldu - FOTOLAR
15:31 23.09.2026
Suriyada tarixində ilk: Qadın polislər məzun oldu - FOTOLAR