Nərmin Məmmədova: ''Sədr olsam 'İrəli' Ginnesin rekordlar kitabına düşəcək' - MÜSAHİBƏ

Nərmin Məmmədova:
GƏNCLİK
13:41 03.05.2012
4888

Xəbər verdiyimiz kimi, “İRƏLİ” İctimai Birliyinin Nizamnaməsinə uyğun olaraq 5 May 2012-ci ildə Hesabat və Seçki Konfransı (Qurultay) keçiriləcək. Təşkilatın sədri Ceyhun Osmanlı hüquqi öhdəliyini yerinə yetirərək sədrliyə namizədliyini irəli sürməyib. Bəs görəsən "İrəli"nin yeni sədri kim olacaq? Bu posta iki nəfər: "İrəli"nin baş katibi Rauf Mərdiyev və "İrəli Elite Club"un rəhbəri Nərmin Məmmədova namizədliyini verib. 

Sədrliyə namizəd Nərmin Məmmədova seçki öncəsi AZXEBER.COM-un suallarını cavablandırıb. 

- Nərmin xanım, ilk olaraq özünüz haqda oxucularımıza məlumat verərdiniz. - Mən Nərmin Məmmədova “İrəli” İctimai Birliyində “Elit Club”un rəhbəriyəm. Azərbaycan Dövlət Neft Akademiyasının və Amerikada George State universitetinin 3-cü kurs tələbəsiyəm, hər iki universitetdə eyni vaxtda təhsil alıram. - Artıq neçə ildir ki, “İrəli”dəsiz?- 2010-cu ilin əvvəllərindən etibarən “İrəli”nin üzvüyəm. Artıq 2 ildir. - Necə oldu ki, “İrəli” sədrliyinə namizədliyinizi verdiz?- Çünki özümü bu vəzifəyə tam hazır hesab edirəm. Qısa müddət “İrəli”də olmağıma baxmayaraq çox işlər görmüşəm. Müqayisə üçün deyim ki, mən rəqibim Rauf artıq 6 ildir ki, “İrəli”dədir. Amma mən bu 2 ildə gördüyüm işlər çox olub. Bu səbəbdən düşünürəm ki, “İrəli” sədri mən olmalıyam. - Cəmiyyətdə belə söz-söhbət gəzir ki, “Nərmin Məmmədovanın namizədliyi formal bir şeydir və Nərmin xanımın “İrəli” sədri olmaq şansı yoxdur”. Bu haqda nə deyə bilərsiniz?- Deməzdim ki, formal bir şeydir. Çünki məni də dəstəkləyən insanlar çoxdur. Sosial şəbəkələrdə hazırda onlayn səsvermə var və orada Raufla aramızda fərq çox azdır. - Gəlin tam səmimi danışaq. Özünüz sədr olmağınıza inanırsınızmı?- Məncə rəqibimlə şanlarımız eynidir. Bu suala ən düzgün cavabı mayın 5-də olacaq. - Nərmin Məmmədova Ceyhun Osmanlı qədər fayda verə biləcəkmi “İrəli”yə?- Mən keçən ilin aprel ayından etibarən Ceyhun müəlliminin assistenti işləyirəm. Bilirsiniz ki, Ceyhun Osmanlı gənclər arasında liderlik qabiliyyətiylə seçilib və mən də düşünürəm ki, onun layiqli davamçısı ola bilərəm. Onu da deyim ki, Ceyhun müəllimdən bütün taktikalara, biliklərə yiyələnmişəm.- Seçki öncəsi “Facebook”da “İrəliçilər” arasında atmacalar, söz-söhbətlər artıb və bu kənardan da çox aydın sezilir. Bu haqda nə düşünürsüz? - Mən bir şeyi qeyd edim ki, biz Raufla dostuq. Çox yaxşı münasibətlərimiz var. Amma namizədliydən söhbət gedirsə hər ikimiz bu yerə iddialıyıq. Hər birimizin istəyirik ki, bu posta yiyələnək bu səbəbdən açıq rəqabət aparırıq və bir-birimizdən incimirik. - Gəlin bir şeyi qeyd edək ki, aktivlikdən baxımından Rauf Mərdiyev sizdən daha fəaldır və o hər zaman sosial şəbəkələrdə, tədbirlərdə siyasi fikirlərini, düşüncələrini bildirir. Düzdür bu fikirlər müxalif düşərgədə və bəzi gənclər arasında birmənalı qəbul olunmasa da, ən azından Raufu aktiv gənc kimi qəbul edirlər. Amma sizi bu günə qədər heç vaxt bu tip müzakirələrdə, diskussiyalarda görməmişik. Sualım isə konkret belədir, bu gün sosial şəbəkələrdə, bəzi mətbu orqanlarda “İrəli” haqda neqativ fikirlər var. Nərmin Məmmədova sədr seçilsə, bu istiqamətdə “İrəli”nin siyasətində nəsə bir dəyişiklik olacaqmı?- Rauf gənclər arasında öz siyasi fikirləriylə də tanınıb və o fikirlərini bəzi hallarda sərt şəkildə bildirib. Amma mən hadisələri kənardan izləməyi üstün tutmuşam. Amma bu o demək deyil ki, mən məsələlərə biganə yanaşıram. Hazırda başçılıq etdiyim “Elite Club”in məqsədi gənclərə siyasəti aşılmaqdır və bu sahədə biliklərim var. Amma unutmayaq ki, “İrəli” İctimai Birlikdir və mən sədr olsam siyasi fikirlərdən uzaq olmağa çalışacam. - Belə bir açıqlamanız var ki, “Rauf Mərdiyevin bacardığı ən yaxşı iş baş katiblikdir”. Sizcə doğurdanmı Rauf sədrliyə layiq deyil və siz sədr olsaz ona baş katibliyi təklif edəcəksinizmi?- Rauf artıq 2 ilə yaxındır ki, baş katibdir və onun platformasında qeyd etdiyi məsələlər var ki, onu baş katib olaraq da icra edə bilər və o bunları 2 il müddətində icra etməyib, amma edə bilər. Bundan sonra da baş katib olaraq qalsa bu işləri yerinə yetirə bilər və posta ən layiqli namizəddir. - Cəmiyyətdə belə bir fikir də var ki, Rauf sədr olacaq və sizə baş katibliyi təklif edəcək, siz də qəbul edəcəksiz. Bu nə dərəcədə düzgündür?- Raufla razılaşmışdıq ki, istənilən halda bir komanda şəklində fəaliyyət göstərəcəyik və kim qalib gəlsə ona dəstək verəcəyik. Əgər o qalib gələrsə mən də platformamdakıları baş katib kimi yerinə yetirməyə çalışacam. - Siz artıq özünüzü “İrəli”nin baş katibi hesab edirsiz?- Rauf mənə baş katibliyi təklif edərsə onu qəbul etməyə hazıram. - Seçki platformanızda belə bir bənd var ki, sədr olsam Ginnesin rekordlar kitabına düşən layihə keçirəcəm. Nə layihədir ki bu?- Bəli bunu demişəm və bir daha qeyd edirəm ki, sədr olsam “İrəli” Ginnesin rekordlar kitabına düşəcək. - Bu müsahibəni 5 may qurultayında iştirak edəcək İrəliçi gənclər oxuyacaq. Siz onlara bir səbəb deyin ki, bu səbəbdən sizə səs versinlər? Sizi rəqibinizdən fərqləndirən başlıca cəhət hansıdır?- Raufan fərqli cəhətim odur ki, mən Raufdan daha gəncəm. "İrəli”ni gəncləşdirməkdən söhbət gedirsə namizədlər arasında daha gənci mənəm və sədr mən olmalıyam. Onu da qeyd edim ki, eyni vaxtda 2 universitetdə təhsil almağım üstün cəhətimdir. Və bir şeyi də qeyd edim ki, “İrəli” üzvlərinin çoxu xanımlardır və mən də xanım olduğuma görə onları daha gözəl anlayacağam. - Son olaraq nə demək istəyirsiniz? 5 mayda sürpriz ola bilərmi yoxsa hər şey gözlənilən kimi olacaq? Çünki bayaq özünüz də qeyd etdiniz ki, Rauf Mərdiyev sosial şəbəkələrdə sizdən öndədir. - (gülür) Gənclərə demək istəyirəm ki, təbliğat kampaniyasını yaxşı izləsinlər və qısa vaxt ərzində kim nəyə nail olub ona baxsınlar və öz səslərini layiqli namizədə versinlər. Çünki bizdə belə bir tendensiya var ki, çoxluq kimin tərəfindədirsə, digərləri də ona üstünlük verirlər. Bu çərçivədən çıxmaq lazımdır və gənclərin öz fikirləri olmalıdır.  Hacıbəy HEYDƏRLİ
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Yeni iş qrafiki də tıxacı azalda bilmədi - Universitetlərdə dərs saatı dəyişdirilə bilər?
16:46 16.10.2026
Yeni iş qrafiki də tıxacı azalda bilmədi - Universitetlərdə dərs saatı dəyişdirilə bilər?
“Gənclər daha gec yaşlarda evlənməyə qərar verirlər” – Fazil Mustafa
16:37 16.10.2026
“Gənclər daha gec yaşlarda evlənməyə qərar verirlər” – Fazil Mustafa
Əl və ayaqlarda keyimə ciddi xəstəliklərin xəbərçisi ola bilər – Həkimlərdən xəbərdarlıq
16:34 16.10.2026
Əl və ayaqlarda keyimə ciddi xəstəliklərin xəbərçisi ola bilər – Həkimlərdən xəbərdarlıq
Cəbrayıl Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verildi
16:11 16.10.2026
Cəbrayıl Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verildi
“20 ildən sonra daha ciddi vəziyyətlə üzləşəcəyik” – Sosioloqdan AÇIQLAMA
16:11 16.10.2026
“20 ildən sonra daha ciddi vəziyyətlə üzləşəcəyik” – Sosioloqdan AÇIQLAMA
İCMA nümayəndələri Yaponiyada Azərbaycan səfiri ilə görüşüblər - FOTOLAR
15:54 16.10.2026
İCMA nümayəndələri Yaponiyada Azərbaycan səfiri ilə görüşüblər - FOTOLAR
Paşinyan və Pezeşkian İrəvanda görüşüb
15:31 16.10.2026
Paşinyan və Pezeşkian İrəvanda görüşüb
Bakının bu rayonunda 30 bina söküləcək
15:26 16.10.2026
Bakının bu rayonunda 30 bina söküləcək
“Vüqar müəllim intriqalardan uzaq biridir” – Xoşqədəm Hidayətqızı
15:11 16.10.2026
“Vüqar müəllim intriqalardan uzaq biridir” – Xoşqədəm Hidayətqızı
Azərbaycanda çevrilişə çağırış edən türkiyəli jurnalist axtarışa verildi
15:08 16.10.2026
Azərbaycanda çevrilişə çağırış edən türkiyəli jurnalist axtarışa verildi
Həftəsonunun ən şanslı 5 bürcü - SİYAHI
15:07 16.10.2026
Həftəsonunun ən şanslı 5 bürcü - SİYAHI
Paşinyan və Pezeşkian İrəvanda ikitərəfli münasibətləri müzakirə ediblər
14:52 16.10.2026
Paşinyan və Pezeşkian İrəvanda ikitərəfli münasibətləri müzakirə ediblər
Maddi çətinliklər ailə münasibətlərini necə sarsıdır? - Psixoloqdan AÇIQLAMA
14:50 16.10.2026
Maddi çətinliklər ailə münasibətlərini necə sarsıdır? - Psixoloqdan AÇIQLAMA
Park Yasamalda 2 otaqlı studiyalardan başlayaraq hazır mənzillər satışda!
14:47 16.10.2026
Park Yasamalda 2 otaqlı studiyalardan başlayaraq hazır mənzillər satışda!
“Azərbaycanda da uçan avtomobillərin olması bizi təəccübləndirməməlidir”
14:12 16.10.2026
“Azərbaycanda da uçan avtomobillərin olması bizi təəccübləndirməməlidir”
“Aktiv və sağlam uzunömürlülük: dövlət siyasəti və sosial innovasiyalar” mövzusunda dəyirmi masa keçirilib
14:09 16.10.2026
“Aktiv və sağlam uzunömürlülük: dövlət siyasəti və sosial innovasiyalar” mövzusunda dəyirmi masa keçirilib