Nuran Abdullayev: “Şərtlərin yüngülləşməsi zamanı vacib məqamlara diqqət edilməlidir”

Nuran Abdullayev: “Şərtlərin yüngülləşməsi zamanı vacib məqamlara diqqət edilməlidir”
SAĞLAMLIQ
16:18 22.04.2020
1813
"Əgər COVID-19 ilə bağlı Azərbaycandakı ümumi vəziyyəti dəyərləndirsək və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) verdiyi rəsmi statistikalara əsaslansaq, bir neçə gündən sonra Azərbaycanda tətbiq olunan xüsusi karantin rejimi şərtlərinin bir az yüngülləşməsini gözləmək olar. Hansı ki, artıq Almaniyada da az-az yüngülləşmələrin tətbiq olunmasına başlanılır. Amma burda bir neçə incə məsələyə ciddi yanaşmamaq Azərbaycanda böyük yoluxmalara gətirib çıxara bilər ki, nəticə etibarı ilə də səhiyyə sisteminin o xəstələrə eyni zamanda göstərəcəyi xidmət istənilən səviyyədə olmaya bilər”.

Bunu Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru Nuran Abdullayev deyib.

Onun sözlərinə görə, əgər ÜST-ün bəyan etdiyi kimi Azərbaycanda ilk yoluxma halı fevralın sonu qeydə alınıbsa, xüsusi rejimin şərtlərinin bir az yüngülləşməsi zamanı diqqət edilməli məsələlərdən birincisi yenidən yoluxmaların sayının kəskin şəkildə artmasının baş verə bilmə ehtimalıdır:

"Bunun üçün də o qərarlardan öncə mütləq əhali arasında maarifləndirmə tədbirləri aparılmalıdır ki, bu şərtlərin yüngülləşməsi vacib olan gigiyenik tələblərə daha əməl etməmək demək deyil, tam əksinə, artıq daha məsuliyyətli şəkildə əməl etmək deməkdir ki, bu tələblərə də məsafənin saxlanılması, müəyyən şəraitlərdə maskalardan düzgün istifadə və əllərin həmişə təmiz saxlanılması başçılıq edir. Bu zaman çərçivəsində özündə xəstəliyin müvafiq simptomlarını hiss edən insanlara ilk növbədə evdə qalmaqlarının önəmli olması, həkimə isə hərarət, nəfəs darlığı və başqa ağır simptomlarda müraciət etmələrinin vacibliyi izah olunmalıdır.

Yox əgər ilk yoluxma halı ÜST-ün söylədiyi kimi fevralda deyil, daha əvvəl olubsa, o zaman yuxarıda toxunduğum məsələlərdən fərqli olaraq edilməli olan bir məsələ var ki, bu da bu günə qədər ölüm səbəbi dəqiq bilinməyən insanları araşdırıb onların COVID-19-dan ölüb-ölmədiklərini üzə çıxarmaqdır. Bu istiqamətdə Almaniyada da artıq tədbirlərə başlanılır. Bununla da ölüm sayına uyğun olaraq pandemiyanın Azərbaycanda hansı mərhələdə olması barədə dəqiq məlumat əldə etmək olar ki, bu da atılacaq tədbirlərə birbaşa təsir edər.

Azərbaycan üçün yuxarıda sadaladıqlarımdan da önəmli vacib məsələ ÜST-ün rəsmi olaraq xəstəliyin Azərbaycanda fevral ayından da tez yayıla bilməsi barədə müvafiq qurumlarımızı məlumatlandırıb-məlumatlandırmaması məsələsidir. Çünki bu məsələnin millətimizin sağlamlığı və dövlətimiz üçün nə demək olduğunu hər kəs anlayır. Ümumilikdə isə ÜST-ün bütün ölkələrdəki vəzifə borclarından biri də belə məsələlərdə ölkənin müvafiq qurumlarını zamanında məlumatlandırmasıdır. Çünki hamı kimi onlar da bilir ki, belə məsələlərin araşdırılmasında gecikmək olmaz, çünki gecikmək uduzmağa bərabərdir”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Beynəlxalq tədbirlər zamanı nəqliyyat necə tənzimlənməlidir? - Tıxaclar hər yerdə olur, əsas bu addımlardır..
16:21 23.09.2026
Beynəlxalq tədbirlər zamanı nəqliyyat necə tənzimlənməlidir? - Tıxaclar hər yerdə olur, əsas bu addımlardır..
“Mərkəzi Nəbatat Bağı” və “Dendrologiya Bağı” birləşdirildi
16:15 23.09.2026
“Mərkəzi Nəbatat Bağı” və “Dendrologiya Bağı” birləşdirildi
Ermənistan-Türkiyə sərhədi açılacaq? – Türk generaldan açıqlama
16:13 23.09.2026
Ermənistan-Türkiyə sərhədi açılacaq? – Türk generaldan açıqlama
Nərimanovda 31 kiloqram narkotik vasitə aşkarlandı
16:06 23.09.2026
Nərimanovda 31 kiloqram narkotik vasitə aşkarlandı
Doktorant və gənc tədqiqatçıların 29-cu Respublika elmi konfransı keçiriləcək
15:58 23.09.2026
Doktorant və gənc tədqiqatçıların 29-cu Respublika elmi konfransı keçiriləcək
Mətbuat Şurasında “süni intellekt və media” mövzusunda tədbir keçirildi - FOTOLAR
15:41 23.09.2026
Mətbuat Şurasında “süni intellekt və media” mövzusunda tədbir keçirildi - FOTOLAR
Suriyada tarixində ilk: Qadın polislər məzun oldu - FOTOLAR
15:31 23.09.2026
Suriyada tarixində ilk: Qadın polislər məzun oldu - FOTOLAR
Çin lideri ABŞ-a yola düşüb
15:20 23.09.2026
Çin lideri ABŞ-a yola düşüb
E-QİYMƏT.az adlı yeni xəbər portalı fəaliyyətə başladı
14:46 23.09.2026
E-QİYMƏT.az adlı yeni xəbər portalı fəaliyyətə başladı
Əfv Sərəncamının icrasına başlanılır
14:31 23.09.2026
Əfv Sərəncamının icrasına başlanılır
Maaşlar artdıqca qiymətlər də bahalaşır – Gələcəkdə vətəndaşları nə gözləyir?
14:29 23.09.2026
Maaşlar artdıqca qiymətlər də bahalaşır – Gələcəkdə vətəndaşları nə gözləyir?
“Sən Alimsən axı, sən də Üzeyir... ” - Gündəm olan duetə sözardı
14:16 23.09.2026
“Sən Alimsən axı, sən də Üzeyir... ” - Gündəm olan duetə sözardı
Mərkəzdə mənzil axtaranlar üçün yeni imkanlar: Nərimanovda satışlar başladı
14:08 23.09.2026
Mərkəzdə mənzil axtaranlar üçün yeni imkanlar: Nərimanovda satışlar başladı
“Daha çox izlənmək istəyirsinizsə...” – Osman Gündüz
14:06 23.09.2026
“Daha çox izlənmək istəyirsinizsə...” – Osman Gündüz
Bu şəxslərə 6000 manat birdəfəlik müavinət verilir - RƏSMİ
13:58 23.09.2026
Bu şəxslərə 6000 manat birdəfəlik müavinət verilir - RƏSMİ
Sentyabr ayında mediada ən aktiv deputatlar kimlər olub? - SİYAHI
13:50 23.09.2026
Sentyabr ayında mediada ən aktiv deputatlar kimlər olub? - SİYAHI