Partiya sədri: 'Seçkilərdə Nərmin Məmmədovanın qələbəsini gözləyirik' - AÇIQLAMA

Partiya sədri:
GƏNCLİK
11:53 03.05.2012
1967
Demokratik Maarifçilik Partiyasının mətbuat xidməti ”İRƏLİ”ictimai birliyinin konfransı ilə bağlı partiya sədri Elşən Musayevin müraciətini yayıb. AZXEBER.COM portalı həmin müraciəti olduğu kimi təqdim edir. Bir neçə gündən sonra, mayın 5-də Azərbaycan gəncliyi adına illərdir son dərəcə ciddi və səmərəli bir əmək sərf edən təşkilatın-“İRƏLİ”-ictimai birliyinin Hesabat-Seçki konfransı baş tutacaq. Belə bir məqamda dostlarımızın sevincinə şərik olmaqla bərabər bir neçə nüansı vurğulamağı da özümə borc bilirəm. İlk öncə qeyd edim ki, birliyin sədri Ceyhun Osmanlının bu təşkilat üzərində haqqı həqiqətən böyükdür və “İRƏLİ”nin qısa bir zaman kəsiyində Azərbaycanın ictimai-siyasi həyatına öz damğasını vurmasında əsas pay sahiblərindən biri də məhz odur. Amma qeyd etdiyim bu ciddi faktora rəğmən, Osmanlı sədrlikdən getmə istəyini açıqladı və bununla da gənclik sektoruna həm də gözəl bir nümunə göstərmiş oldu. “İRƏLİ” mənim üçün doğma bir təşkilatdır. Üstəgəl, Ceyhun Osmanlı və “İRƏLİ”də təmsil olunan bir çox insan həm də həyatdakı ən yaxın dostlarımdır. Amma, bütün bu söylədiklərimlə bərabər onların gələcək fəaliyyətinin səmərəliliyi və inkişaf dinamikası da şəxsim adına ən başda gedən arzulardan biridir. Məlumunuz olduğu kimi növbəti konfransda sədrliyə iddialı olan iki namizəd var. Hər ikisinə hörmətim böyükdür. Amma onların arasından sadəcə bir nəfər seçiləcək və “İRƏLİ”nin sükanı da yaxın illər ərzində həmin şəxsə etibar olunacaq. Odur ki, bu təşkilatda qərarlaşan və səsvermə hüququ olan bütün dəyərli dostlarımın seçim məsələsində son dərəcə diqqətli olmalarını tövsiyyə edirəm. Şəxsən mənim və rəhbərlik etdiyim Partiyanın bu seçkilərdə dəstəkləyəcəyi namizəd Nərmin Məmmədovadır. Belə bir qərara gəlməyimizin qayəsində isə Nərmin xanımın ictimai sektordakı gərgin əməyi, istedadı, nüfuzu, əzmi, ən nəhayət liderlik bacarığı durur. Və, biz məsələyə həm də o aspektdən yanaşırıq ki, əgər ölkənin ictimai-siyasi həyatında son dərəcə önəmli bir rolu olan təşkilatın növbəti sədri xanım olsa, bu gələcəkdə gənclər sektorunda çalışan digər xanımların da aktivləşməsi və proseslərdə ciddi rol almaları üçün yetərli bir stimul olar.  Bir daha qarşıdan gələn konfrans münasibətilə bütün “İRƏLİ”üzvlərini səmimi qəlbdən təbrik edir, tezliklə Nərmin xanımın qələbəsini gözləyir, əziz dostum Ceyhun Osmanlıya isə gələcək fəaliyyətində uğurlar diləyirəm.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Yeni iş qrafiki də tıxacı azalda bilmədi - Universitetlərdə dərs saatı dəyişdirilə bilər?
16:46 16.10.2026
Yeni iş qrafiki də tıxacı azalda bilmədi - Universitetlərdə dərs saatı dəyişdirilə bilər?
“Gənclər daha gec yaşlarda evlənməyə qərar verirlər” – Fazil Mustafa
16:37 16.10.2026
“Gənclər daha gec yaşlarda evlənməyə qərar verirlər” – Fazil Mustafa
Əl və ayaqlarda keyimə ciddi xəstəliklərin xəbərçisi ola bilər – Həkimlərdən xəbərdarlıq
16:34 16.10.2026
Əl və ayaqlarda keyimə ciddi xəstəliklərin xəbərçisi ola bilər – Həkimlərdən xəbərdarlıq
Cəbrayıl Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verildi
16:11 16.10.2026
Cəbrayıl Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verildi
“20 ildən sonra daha ciddi vəziyyətlə üzləşəcəyik” – Sosioloqdan AÇIQLAMA
16:11 16.10.2026
“20 ildən sonra daha ciddi vəziyyətlə üzləşəcəyik” – Sosioloqdan AÇIQLAMA
İCMA nümayəndələri Yaponiyada Azərbaycan səfiri ilə görüşüblər - FOTOLAR
15:54 16.10.2026
İCMA nümayəndələri Yaponiyada Azərbaycan səfiri ilə görüşüblər - FOTOLAR
Paşinyan və Pezeşkian İrəvanda görüşüb
15:31 16.10.2026
Paşinyan və Pezeşkian İrəvanda görüşüb
Bakının bu rayonunda 30 bina söküləcək
15:26 16.10.2026
Bakının bu rayonunda 30 bina söküləcək
“Vüqar müəllim intriqalardan uzaq biridir” – Xoşqədəm Hidayətqızı
15:11 16.10.2026
“Vüqar müəllim intriqalardan uzaq biridir” – Xoşqədəm Hidayətqızı
Azərbaycanda çevrilişə çağırış edən türkiyəli jurnalist axtarışa verildi
15:08 16.10.2026
Azərbaycanda çevrilişə çağırış edən türkiyəli jurnalist axtarışa verildi
Həftəsonunun ən şanslı 5 bürcü - SİYAHI
15:07 16.10.2026
Həftəsonunun ən şanslı 5 bürcü - SİYAHI
Paşinyan və Pezeşkian İrəvanda ikitərəfli münasibətləri müzakirə ediblər
14:52 16.10.2026
Paşinyan və Pezeşkian İrəvanda ikitərəfli münasibətləri müzakirə ediblər
Maddi çətinliklər ailə münasibətlərini necə sarsıdır? - Psixoloqdan AÇIQLAMA
14:50 16.10.2026
Maddi çətinliklər ailə münasibətlərini necə sarsıdır? - Psixoloqdan AÇIQLAMA
Park Yasamalda 2 otaqlı studiyalardan başlayaraq hazır mənzillər satışda!
14:47 16.10.2026
Park Yasamalda 2 otaqlı studiyalardan başlayaraq hazır mənzillər satışda!
“Azərbaycanda da uçan avtomobillərin olması bizi təəccübləndirməməlidir”
14:12 16.10.2026
“Azərbaycanda da uçan avtomobillərin olması bizi təəccübləndirməməlidir”
“Aktiv və sağlam uzunömürlülük: dövlət siyasəti və sosial innovasiyalar” mövzusunda dəyirmi masa keçirilib
14:09 16.10.2026
“Aktiv və sağlam uzunömürlülük: dövlət siyasəti və sosial innovasiyalar” mövzusunda dəyirmi masa keçirilib