Paşinyandan İrəvanda Türkiyə bayrağının yandırılmasına REAKSİYA
DÜNYA
23:29 23.04.2026
117
Ermənistanın baş naziri Nikol Paşinyan İrəvandakı Respublika meydanında Türkiyə bayrağının yandırılmasına münasibət bildirib. O bu hərəkəti "təxribatçı və gərginlik yaradan addım" kimi qiymətləndirib.
AZXEBER.COMErmənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə Nazirlər Kabineti sədrinin mətbuat katibi Nazeli Baqdasaryan bildirib.
"Baş nazir Nikol Paşinyan bu hərəkəti məsuliyyətsiz və qəbuledilməz hesab edərək qınayır. Beynəlxalq səviyyədə tanınmış bir dövlətin, xüsusən də qonşu ölkənin bayrağının yandırılması heç bir halda müsbət qiymətləndirilə bilməz", - deyə N.Baqdasaryan qeyd edib.