“Qarabağ” “Beşiktaş”la qarşılaşacaq? – Qurban Qurbanov açıqladı

“Qarabağ” “Beşiktaş”la qarşılaşacaq? – Qurban Qurbanov açıqladı
İDMAN
23:11 11.03.2023
645

"Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının XXVI turunda "Səbail”ə qarşı ev matçını şərh edib.

AZXEBER.COM "oxu.az”a istinadən xəbər verir ki, təcrübəli mütəxəssis 3:0 hesabına baxmayaraq, rahat qələbə qazanmadıqlarını deyib:

"Futbolçularımı təbrik edirəm. Vacib oyunda önəmli üç xal qazandıq. Komandam topla dinamik rəftar etdi, oyundan razı qaldım. Rəqibin yaxşı əks-hücumlarının olduğunu bilirdik, buna görə müdafiədə də diqqətli olmalı idik. Asan qələbə olmadı. Çoxlu qol imkanları da yaratmadıq. Rəqib son sırada olsa da, meydanda böyük fərq olduğunu deməzdim. "Səbail” ölkə kubokunda "Sabah”ı mübarizədən kənarlaşdırıb. Biz də bu turnirdə yoxuq. Hər komandanın bir-birinə qalib gəlmək potensialı var. Büdcə, şərait fərqli ola bilər, amma indi futbol elə bir səviyyədədir ki, əsas olan meydandakı müqavimətdir”.

Baş məşqçi ikinci yerin sahibi "Sabah”la 9 xallıq fərqin olmasını hələ çempionluğun əldə edildiyi anlamına gəlmədiyini söyləyib:

"Qarşıda 10 oyun var və bu, 30 xal deməkdir. Gərgin görüşlərimiz olacaq. İstənilən oyunda xal itirmək ehtimalımız var. Düzdür, fərq 9 xaldır, ancaq bu haqda düşünmürük. Çempion olmaq istəyirik. Hələ heç nə təmin olunmayıb”.

Qurban Qurbanov çempionatda rəqabətin artmasının vacibliyini vurğulayıb:

"Bu mövzu barədə çox fikir bildirmək istəmirəm. Ölkə futbolunun yaxşı səviyyədə olması üçün çempionatda rəqabət artmalıdır. Klubların şəraitləri daha yaxşı olmalıdır. Bu, bizim avrokubok oyunlarımıza təsir edir? Nəsə demək çətindir. Tam cavablandıra billmirəm. Biz çempionatımızın səviyyəsini artırmalıyıq, maraq böyük olmalıdır. Hər rəqibi rahat məğlub etmək olmur. İstənilən komanda bizimlə oyuna xüsusi taktika ilə çıxır. Bu, məni sevindirir”.

50 yaşlı çalışdırıcı yeni transferlər - Adama Diakabi və Yassin Benzianın zədələnməsinin onun planlarını pozduğunu bildirib:

"Bu, məni sıxır. Planlarıma görə, bu iki futbolçu indi yaxşı səviyyədə olmalı idilər. Əfsuslar olsun ki, kiçik zədələr buna mane oldu. İstəyərdim ki, zədələnməsinlər. Biz yenə səbr etməliyik. Potensialı olan futbolçuların tez formaya düşməsini istərdim”.

Q.Qurbanov Türkiyədə baş verən zəlzələdən zərərçəkənlərə yardım üçün "Beşiktaş” klubunun Azərbaycan təmsilçilərindən biri ilə xeyriyyə oyunu keçirmək istəməsinə münasibət bildirib. O, istanbullularla hər hansı danışığın olmadığını söyləyib:

"Beşiktaş”la danışığımız olmayıb. Digər komandalara müraciət varsa, yaxın zamanda bilinəcək. Hamımız belə oyunun baş tutmasını istərdik”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Gürcüstan Azərbaycana 460 milyon investisiya yatırıb
19:22 24.11.2026
Gürcüstan Azərbaycana 460 milyon investisiya yatırıb
Ceyhun Bayramov üçtərəfli əməkdaşlıq formatından danışdı: Növbəti görüş Gürcüstanda keçiriləcək
19:18 24.11.2026
Ceyhun Bayramov üçtərəfli əməkdaşlıq formatından danışdı: Növbəti görüş Gürcüstanda keçiriləcək
Gürcüstandan Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyası ilə bağlı AÇIQLAMA
19:10 24.11.2026
Gürcüstandan Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyası ilə bağlı AÇIQLAMA
Nazir Ermənistana daşınan yüklərdən danışdı
19:08 24.11.2026
Nazir Ermənistana daşınan yüklərdən danışdı
Maka Boçorişvili Azərbaycan-Ermənistan münasibətlərindən danışdı
19:05 24.11.2026
Maka Boçorişvili Azərbaycan-Ermənistan münasibətlərindən danışdı
Gürcü nazir Ceyhun Bayramovu Gürcüstana dəvət etdi
19:02 24.11.2026
Gürcü nazir Ceyhun Bayramovu Gürcüstana dəvət etdi
Hörmüz boğazında dördüncü neft tankerində partlayış baş verib
18:58 24.11.2026
Hörmüz boğazında dördüncü neft tankerində partlayış baş verib
Gürcü nazir: Bu marşrut 6 illik fasilədən sonra bərpa olundu
18:55 24.11.2026
Gürcü nazir: Bu marşrut 6 illik fasilədən sonra bərpa olundu
Maka Boçorişvili: Azərbaycanla Gürcüstan arasında siyasi dialoq yüksək səviyyədədir
18:50 24.11.2026
Maka Boçorişvili: Azərbaycanla Gürcüstan arasında siyasi dialoq yüksək səviyyədədir
Rusiya-Ukrayna müharibəsi Azərbaycan və Gürcüstanı da narahat edir
18:46 24.11.2026
Rusiya-Ukrayna müharibəsi Azərbaycan və Gürcüstanı da narahat edir
Ukrayna ABŞ Konqresinə hərbi dəstək və sanksiyalarla bağlı müraciət planlaşdırır
18:41 24.11.2026
Ukrayna ABŞ Konqresinə hərbi dəstək və sanksiyalarla bağlı müraciət planlaşdırır
Ceyhun Bayramov Azərbaycan-Gürcüstan münasibətlərindən danışdı
18:40 24.11.2026
Ceyhun Bayramov Azərbaycan-Gürcüstan münasibətlərindən danışdı
Ermənistan və Rumıniya strateji tərəfdaşlıq haqqında birgə bəyannamə imzalayıb
18:27 24.11.2026
Ermənistan və Rumıniya strateji tərəfdaşlıq haqqında birgə bəyannamə imzalayıb
"Milan" "Real"ın futbolçusu Endrik üçün rəsmi təklif göndərib
18:11 24.11.2026
"Milan" "Real"ın futbolçusu Endrik üçün rəsmi təklif göndərib
18 marşrutun hərəkət sxemi dəyişdi
17:41 24.11.2026
18 marşrutun hərəkət sxemi dəyişdi
ABŞ-də quş qripi can aldı: Ölənlərin sayı 3-ə çatdı
17:39 24.11.2026
ABŞ-də quş qripi can aldı: Ölənlərin sayı 3-ə çatdı