Qəbələdə "Təqdimat və ünsiyyət bacarıqları" üzrə təlim keçirildi

Qəbələdə "Təqdimat və ünsiyyət bacarıqları" üzrə təlim keçirildi
GƏNCLİK
22:25 18.12.2013
1822

Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı və Gənclər və İdman Nazirliyinin birgə dəstəyi ilə həyata keçirilən “Qərarların qəbulu və dövlət gənclər siyasətinin icrasında gənclərin iştirakı” layihəsi davam edir. Layihə çərçivəsində 14-16 dekabr 2013-cü il tarixlərində Qəbələ şəhərində yerləşən Gabala Riverside otelində "Təqdimat və ünsiyyət bacarıqları” üzrə təlim keçirilmişdir.

AZXEBER.COM xəbər verir ki, təlimin məqsədi layihəyə müxtəlif universitetlərdən seçilmiş gənclərin qeyd olunan istiqamət üzrə bilik və bacarıqlarının artırılması, eyni zamanda bu sahə haqqında ətraflı məlumatın gənclərimizə çatdırılması olmuşdur.

İki gün həyata keçrilən tədbirin təlimçisi, müvafiq sahə üzrə mütəxəssis Vüqar Baba tərəfindən təlim iştirakçıları üçün “İctimaiyyətlə əlaqələr nədir?  Qədim dövrdən etibarən təqdim etmənin formaları”, “PR-ın vasitələri və alətləri”, “Sosial şəbəkələrdə ünsiyyət, Viral reklam, Virus PR, Teaser PR”,“Korparativ Sosial Məsuliyyət” və digər mövzularda təqdimatlar təqdim olunmuşdur. Eyni zamanda “Sosial yönümlü ictimaiyyətlə əlaqələr”, “Bir şeyi satmaq üçün qurulan ünsiyyət forması”,” Neqativ informasiyanın idarə olunması”və s. mövzular ətrafında iştirakçılarla birgə maraqlı və interaktiv müzakirələr aparılmışdır.

Tədbir çərçivəsində iştirakçılar üçün Qəbələ şəhərində ekskusiya təşkil olunmuşdur.

Xatırladaq ki, “Qərarların qəbulu və dövlət gənclər siyasətinin icrasında gənclərin iştirakı” layihəsi “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının irəli sürdüyü prioritetləri dəstəkləyir və gənclərin idarəetmədə və vətəndaş cəmiyyətinin inkişafında iştirakının artırılması məqsədinə xidmət edir.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Novak: ABŞ-a dizel tədarükü ilə bağlı bütün məsələlər artıq həll edilib
18:40 16.10.2026
Novak: ABŞ-a dizel tədarükü ilə bağlı bütün məsələlər artıq həll edilib
Polşa XİN rəhbəri: Ötən ilin yanvarından ABŞ Ukraynanın müdafiəsinə bir sent də xərcləməyib
18:30 16.10.2026
Polşa XİN rəhbəri: Ötən ilin yanvarından ABŞ Ukraynanın müdafiəsinə bir sent də xərcləməyib
Peskov Zelenskini məsuliyyəti öz üzərinə götürməməkdə ittiham edib
18:16 16.10.2026
Peskov Zelenskini məsuliyyəti öz üzərinə götürməməkdə ittiham edib
İsmayıllıda ağır qəza: Sürücü öldü, sərnişinlər yaralandı
17:51 16.10.2026
İsmayıllıda ağır qəza: Sürücü öldü, sərnişinlər yaralandı
Prezident sərəncam imzaladı
17:27 16.10.2026
Prezident sərəncam imzaladı
Pezeşkian: “ABŞ güc tətbiq etmək əvəzinə, dialoqa üstünlük versə, daha yaxşı olar”
17:16 16.10.2026
Pezeşkian: “ABŞ güc tətbiq etmək əvəzinə, dialoqa üstünlük versə, daha yaxşı olar”
Zelenski: Ukrayna ABŞ-la yeni görüş barədə danışıqlar aparır
17:12 16.10.2026
Zelenski: Ukrayna ABŞ-la yeni görüş barədə danışıqlar aparır
Ramiz Mehdiyev YAP Veteranlar Şurasından çıxarıldı
16:57 16.10.2026
Ramiz Mehdiyev YAP Veteranlar Şurasından çıxarıldı
Yeni iş qrafiki də tıxacı azalda bilmədi - Universitetlərdə dərs saatı dəyişdirilə bilər?
16:46 16.10.2026
Yeni iş qrafiki də tıxacı azalda bilmədi - Universitetlərdə dərs saatı dəyişdirilə bilər?
“Gənclər daha gec yaşlarda evlənməyə qərar verirlər” – Fazil Mustafa
16:37 16.10.2026
“Gənclər daha gec yaşlarda evlənməyə qərar verirlər” – Fazil Mustafa
Əl və ayaqlarda keyimə ciddi xəstəliklərin xəbərçisi ola bilər – Həkimlərdən xəbərdarlıq
16:34 16.10.2026
Əl və ayaqlarda keyimə ciddi xəstəliklərin xəbərçisi ola bilər – Həkimlərdən xəbərdarlıq
Cəbrayıl Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verildi
16:11 16.10.2026
Cəbrayıl Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verildi
“20 ildən sonra daha ciddi vəziyyətlə üzləşəcəyik” – Sosioloqdan AÇIQLAMA
16:11 16.10.2026
“20 ildən sonra daha ciddi vəziyyətlə üzləşəcəyik” – Sosioloqdan AÇIQLAMA
İCMA nümayəndələri Yaponiyada Azərbaycan səfiri ilə görüşüblər - FOTOLAR
15:54 16.10.2026
İCMA nümayəndələri Yaponiyada Azərbaycan səfiri ilə görüşüblər - FOTOLAR
Paşinyan və Pezeşkian İrəvanda görüşüb
15:31 16.10.2026
Paşinyan və Pezeşkian İrəvanda görüşüb
Bakının bu rayonunda 30 bina söküləcək
15:26 16.10.2026
Bakının bu rayonunda 30 bina söküləcək