Rəşad Mahmudov Bəhram Bağırzadənin vəziyyəti haqqında: “Xroniki xəstəliklərlə əlaqəsi yoxdur”

Rəşad Mahmudov Bəhram Bağırzadənin vəziyyəti haqqında: “Xroniki xəstəliklərlə əlaqəsi yoxdur”
SAĞLAMLIQ
16:49 19.06.2020
9332
Azərbaycan xalqı Əməkdar artist Bəhram Bağırzadənin səhhətindən nigarandır. Təəssüf ki, müsbət dinamikaya baxmayaraq, o, hələ də ağır vəziyyətdədir.

"Bəhram Bağırzadənin ekstrakorporal membran oksigenləşdirmə cihazına (ECMO) bağlı müalicəsi davam edir. Onun vəziyyəti stabil, lakin ağırdır, hələ ki, ağciyərin funksiyasının bərpası prosesində istənilən effekti əldə etmək mümkün deyil”.

Bunu Milli Məclisin deputatı, Əməkdar artist Bəhram Bağırzadənin koronavirusdan müalicə edildiyi Mərkəzi Gömrük Hospitalı Elmi Təcrübə və Təlim Mərkəzinin rəhbəri Rəşad Mahmudov Media.Az-a bildirib.

Onun sözlərinə görə, ECMO aparatı sayəsində orqanizmin oksigen təminatının səviyyəsi normal həddədir, bütün digər orqanları (ağciyərlərdən başqa) normal işləyir:

"Onun zəruri müalicəsi aparılır. Düşünürəm ki, 10-14 gün ərzində bədənin reaksiyasını görəcəyik, xəstəliyə qarşı necə mübarizə apardığını anlayacağıq. Təəssüf ki, orqanizm müsbət cavab verməzsə, əlimizdən bir şey gəlməyəcək. Adam ECMO cihazına bir ay, maksimum ay yarım qoşulu qala bilər”.

Həkimin sözlərinə görə, Əməkdar artist Bəhram Bağırzadənin müalicəsi bilavasitə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın nəzarətindədir.

"Həkimlər hər xəstənin həyatı üçün mübarizə aparırlar. Bəhram Bağırzadə uğrunda qalib gələcəyimiz sona qədər mübarizə aparacağıq. Ümid edirəm ki, müalicəyə müsbət reaksiya verəcək və onu ayağa qaldıra biləcəyik. Təcrübəmizdə elə hal olub ki, xəstəxanada quş qripi, xüsusilə kəskin tənəffüs çatışmazlığı sindromu (ARDS) nəticəsində ağırlaşmaları başlayan xəstədə pnevmoniyanın ağır forması müşahidə edilib. O xəstəni ECMO-ya qoşmaqla 20 gün ərzində ağciyərlərin funksiyasını bərpa edə bildik. Bir həftədən 10 günə qədər xəstəliyin inkişaf dinamikasını müşahidə edərək, Bəhram Bağırzadənin ağciyərlərinin hansı reaksiya verəcəyi məlum olacaq”, - deyə o bildirib.

Həkim qeyd edib ki, xəstəxanaya yerləşdirilməzdən bir qədər əvvəl - Bəhram Bağırzadə koronavirusa yoluxduqdan sonra kompüter tomoqrafiyası onun ağciyərlərinin yalnız 5%-nin zədələndiyini göstərib. Lakin qısa müddət ərzində fəsadlaşma başlayıb və sənətçinin ağciyər toxumalarının zədələnməsi 90%-dən çox olub:

"Çox adam xroniki xəstəliklərdən danışır, amma Bəhram müəllim COVID-19 səbəbindən belə ağır vəziyyətə düşüb. Bunu bir həkim kimi deyirəm”.

Xatırladaq ki, əməkdar artist Bəhram Bağırzadə 13 iyun 2020-ci il tarixdə Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülüb.

Yeni komrüter tomoqrafiyası ilə əvvəlki mərhələyə nisbətən xəstəliyin ciddi mənfi gedişatı müəyyən edilib. Sənətkarın ağciyər toxumasının 90%-dən çoxuna zərər dəydiyi ortaya çıxıb. Süni ağciyər ventilyasiyası (ALV) ilə intensiv müalicəyə baxmayaraq, saturasiyanın (qanın oksigenə doyması) artmasına nail olunmayıb. Gün ərzində doyma nisbəti 50% daxilində qaldığına görə, konsilium keçirilib və xəstəni ECMO cihazına bağlamaq qərarı verilib.

ECMO - xəstənin həyatına və orqanizminin fəaliyyətinə müvəqqəti dəstək vermək üçün süni ürək və ağciyərin istifadəsi tətbiq olunan xüsusi müalicə metodudur. Xəstəni Mərkəzi Gömrük Hospitalında ECMO cihazına bağladıqdan sonra vəziyyəti nisbətən sabitləşib və saturasiya 95 faizə qədər yüksəlib.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Hörmüz boğazından keçən gəmi vurulub, yaralılar var
18:18 23.09.2026
Hörmüz boğazından keçən gəmi vurulub, yaralılar var
Bu gün əfv olunan Martin Ryan ölkəsinə qayıdıb
17:56 23.09.2026
Bu gün əfv olunan Martin Ryan ölkəsinə qayıdıb
İlham Əliyev BƏƏ-nin Vitse-prezidentinə başsağlığı verdi
17:39 23.09.2026
İlham Əliyev BƏƏ-nin Vitse-prezidentinə başsağlığı verdi
Dağ-mədən və metallurgiya: Azərbaycanın yeni sənaye mərhələsi
17:28 23.09.2026
Dağ-mədən və metallurgiya: Azərbaycanın yeni sənaye mərhələsi
Məktəbli forması niyə vacibdir?
17:27 23.09.2026
Məktəbli forması niyə vacibdir?
Unibank sahibkarlar üçün Yaşıl kredit təqdim edir: illik faiz 12%-dən başlayır
17:17 23.09.2026
Unibank sahibkarlar üçün Yaşıl kredit təqdim edir: illik faiz 12%-dən başlayır
Prezidentdən “AzerGold”la bağlı - Sərəncam
17:11 23.09.2026
Prezidentdən “AzerGold”la bağlı - Sərəncam
“Həcc ziyarəti üçün qiymət artımı qaçılmazdır” - QMİ
17:05 23.09.2026
“Həcc ziyarəti üçün qiymət artımı qaçılmazdır” - QMİ
“Bir az dadım, görüm xarabdırmı?” –  Evdə hazırlanan qida məhsulları ilə bağlı XƏBƏRDARLIQ
16:35 23.09.2026
“Bir az dadım, görüm xarabdırmı?” – Evdə hazırlanan qida məhsulları ilə bağlı XƏBƏRDARLIQ
Beynəlxalq tədbirlər zamanı nəqliyyat necə tənzimlənməlidir? - Tıxaclar hər yerdə olur, əsas bu addımlardır..
16:21 23.09.2026
Beynəlxalq tədbirlər zamanı nəqliyyat necə tənzimlənməlidir? - Tıxaclar hər yerdə olur, əsas bu addımlardır..
“Mərkəzi Nəbatat Bağı” və “Dendrologiya Bağı” birləşdirildi
16:15 23.09.2026
“Mərkəzi Nəbatat Bağı” və “Dendrologiya Bağı” birləşdirildi
Ermənistan-Türkiyə sərhədi açılacaq? – Türkiyəli generaldan açıqlama
16:13 23.09.2026
Ermənistan-Türkiyə sərhədi açılacaq? – Türkiyəli generaldan açıqlama
Nərimanovda 31 kiloqram narkotik vasitə aşkarlandı
16:06 23.09.2026
Nərimanovda 31 kiloqram narkotik vasitə aşkarlandı
Doktorant və gənc tədqiqatçıların 29-cu Respublika elmi konfransı keçiriləcək
15:58 23.09.2026
Doktorant və gənc tədqiqatçıların 29-cu Respublika elmi konfransı keçiriləcək
Mətbuat Şurasında “süni intellekt və media” mövzusunda tədbir keçirildi - FOTOLAR
15:41 23.09.2026
Mətbuat Şurasında “süni intellekt və media” mövzusunda tədbir keçirildi - FOTOLAR
Suriyada tarixində ilk: Qadın polislər məzun oldu - FOTOLAR
15:31 23.09.2026
Suriyada tarixində ilk: Qadın polislər məzun oldu - FOTOLAR