Rusiya-Ukrayna müharibəsi Azərbaycan və Gürcüstanı da narahat edir

Rusiya-Ukrayna müharibəsi Azərbaycan və Gürcüstanı da narahat edir
SİYASƏT
18:46 24.11.2026
95
''Rusiya-Ukrayna müharibəsi və Qara dəniz hövzəsindəki gərginlik Azərbaycan və Gürcüstan üçün də ciddi çağırışlar yaradır''.

AZXEBER.COM xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Gürcüstanın baş nazir müavini və xarici işlər naziri Maka Boçorişvili ilə birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, Rusiya-Ukrayna müharibəsinin davam etməsi, Qara dəniz regionunda gərgin vəziyyət və yaxın coğrafiyada müşahidə olunan qeyri-müəyyənlik müzakirələr zamanı diqqət mərkəzində olub.

C.Bayramovun sözlərinə görə, bu münaqişələr və regionda baş verən narahatedici proseslər hər iki ölkə üçün ciddi çağırışlardır.

O vurğulayıb ki, Azərbaycan və Gürcüstan mövcud imkanları çərçivəsində münaqişələrin və müharibələrin mümkün qədər tez başa çatması, bunun üçün siyasi və diplomatik yolların tapılması istiqamətində səylər göstərilməsinin vacibliyini bölüşür.

Aynur Babazadə
OXŞAR XƏBƏRLƏR