Sabah çimərliyə getmək istəyənlər üçün xoş xəbər

Sabah çimərliyə getmək istəyənlər üçün xoş xəbər
SOSİAL
22:06 17.08.2026
208
Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Qeyd olunub ki, avqustun 18-i çimərliklərdə mülayim şimal-qərb küləyi əsəcək.

Dəniz suyunun temperaturu şimal çimərliklərində:

(Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) 24-25, cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 25-26 dərəcə isti olacaq.
OXŞAR XƏBƏRLƏR