Şəmkir rayonunun Əliyaqublu kəndində baş verən qəzanın bəzi təfərrüatı bilinib.
AZXEBER.COM "Teleqraf"a istinadən xəbər verir ki, qəzaya düşənlər hadisə zamanı həyatını itirən VAZ-2106 markalı avtomobilin sürücüsü Əlizamin Aslanovun bacısı oğlunun Dəllər-Cəyir kəndində bu gün keçirilməsi nəzərdə tutulan kiçik toy mərasimindən öncə təşkil olunan "ciyər axşamı"na gedirmişlər.














































