""Sinovac" peyvəndinin hazırkı qoruyuculuğu 91,25 faizdir" - Nuran Abdullayev

SOSİAL
15:13 29.12.2020
1647
Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru, azərbaycanlı alim Nuran Abdullayev Çinin "Sinovac” şirkətinin yeni növ koronavirusa qarşı peyvəndi ilə bağlı məlumatlara aydınlıq gətirib.

Bununla bağlı AZXEBER.COM-a açıqlama verən Nuran Abdullayev bildirib ki, hələ bu ilin aprel ayında ilkin tədqiqatlardan sonra sözügedən peyvəndin digər vaksinlərə nisbətən daha tez istehsal ediləcəyi məlum olub.

Tibb elmləri doktoru bildirib ki, inaktiv viruslara əsaslandığına görə "Sinovac”ın hazırlanması digər peyvəndlərin hazırlanmasından sadədir: 

"Həmçinin bu peyvəndin istehsalının sadə olduğu kimi saxlanması da heç mürəkkəb deyil. Doğrudur, hələ ki, "Sinovac”ın tətbiqinin tam nəticələri elmi ədəbiyyata daxil edilməyib. Amma bunun müsbət nəticələri ilə bağlı bəzi ölkələrdə geniş məlumatlar verilib”. 

N.Abdullayev qeyd edib ki, bu peyvəndlə bağlı Türkiyədə aparılan tədqiqata əsasən, "Sinovac”ın qoruyuculuğunun 91,25 faiz olduğu müəyyənləşib:

"Çox güman "Sinovac” peyvəndinin yekun nəticələri 2021-ci ilin yanvar ayında elmi ədəbiyyata daxil ediləcək. Elmi ədəbiyyata daxil edildikdən sonra insanlar peyvənd haqqında daha geniş məlumatlara yiyələnəcəklər”.

Qeyd edək ki, ötən həftə Çinin "Sinovac” şirkətinin yeni növ koronavirusa qarşı peyvəndinin ilk partiyası Türkiyəyə gətirilib.  Sözügedən peyvənddən koronavirusa qarşı istifadə ediləcək.

Azərbaycanda da aparıcı vaksin istehsalçılarından olan "Sinovac"ın tətbiqi gözlənilir.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

16:39 16.05.2022

Abşeron məktəblərində “Mənim ailədə vəzifələrim” mövzusunda “Ailə həftəsi” keçirilir - FOTOLAR

16:31 16.05.2022

Elza Seyidcahan canlı yayıma çıxıb, 70 min manat borc istədi - VİDEO

16:19 16.05.2022

Azərbaycan Prezidentinin hədiyyəsi Kraliça II Yelizavetaya təqdim olundu - VİDEO

16:10 16.05.2022

Putin Finlandiya və İsveçin NATO üzvlüyü haqda ilk dəfə danışdı

16:07 16.05.2022

Azərbaycanın borc alması və zəmanət verməsi qaydası dəyişdi - FƏRMAN

16:06 16.05.2022

Mustafa Şentop Azərbaycana gəldi

15:56 16.05.2022

“AzerGold”un rəhbərliyinə gətirilən Mətin Eynullayev kimdir? - DOSYE

15:56 16.05.2022

Bakıda dəhşət: Küçədən çürümüş körpə meyiti tapıldı

15:50 16.05.2022

Tanınmış model hücuma məruz qaldı, bu hala düşdü - FOTOLAR

15:42 16.05.2022

AccessBank-da yeni təyinat

15:37 16.05.2022

Azərbaycanlı tələbələr Türkiyədə imtahan suallarını satdılar

15:29 16.05.2022

G7 ölkələrindən Rusiyaya xəbərdarlıq: Ukraynaya silah verəcəyik

15:23 16.05.2022

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Müşahidə Şurasının tərkibində dəyişiklik edildi

15:22 16.05.2022

“AzerGold”-un Müşahidə Şurasının tərkibi təsdiqləndi - SİYAHI

15:20 16.05.2022

“Bakı Metropoliteni” QSC-nin Müşahidə Şurasının tərkibi dəyişdi - SƏRƏNCAM

15:18 16.05.2022

AZAL-ın Müşahidə Şurasında dəyişiklik olub - SƏRƏNCAM