Ştammların adlandırılması üçün yunan əlifbasının 24 hərfi kifayət etməyə bilər - ÜST

SAĞLAMLIQ
18:31 09.08.2021
1076
Gələcəkdə koronavirusun mutasiyalarının adlandırılması üçün yunan əlifbasının 24 hərfi kifayət etməyə bilər, bu halda yeni ştammlara bürclərin adlarının verilməsi nəzərdə tutulur.

AZXEBER.COM Trend-ə istinadən bildirir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) eksperti Mariya van Kerkhove deyib.

O bildirib ki, potensial yeni ştammların adlandırılması üçün yunan tanrılarının adları təklif olunsa da, bu variant qəbul edilməyib.

Ekspertin sözlərinə, koronavirus ştammlarının adlandırılması ilə bağlı qərar tezliklə elan oluna bilər.

Qeyd edək ki, bu ilin mayında ÜST COVID-19-a səbəb olan SARS-CoV-2 koronavirus ştammlarının yunan hərfləri ilə adlandırılacağını elan etmişdi.

OXŞAR XƏBƏRLƏR