Sürücülər üçün maraqlı layihəyə start verilib

Sürücülər üçün maraqlı layihəyə start verilib
GƏNCLİK
09:40 14.03.2014
1523

Jurnalistika və İnkişaf Mərkəzi gənc sürücüləri təlimlərə cəlb edib internet vasitəsilə maarifləndirəcək

Azərbaycanda sürücülər üçün maraqlı layihənin icrasına başlanılıb. «Jurnalistika və İnkişaf Mərkəzi» İctimai Birliyi B Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə «Yol hərəkəti təhlükəsizliyində ictimai maarifləndirmənin təşkili» adlı layihə çərçivəsində bir sıra yeniliklər edəcək. 

Bu barədə məlumat verən Mərkəzin sədri Elməddin Muradlı bildirib ki, martın 1-dən etibarən icrasına başlanılan layihənin hazırlıq mərhələsində uğurlu işlər görülüb. Belə ki, yaxın günlərdə sürücüləri yol hərəkətinə aid bütün məsələlərlə bağlı məlumatlandırmağa, yeniliklərdən xəbərdar etməyə xidmət edəcək yeni sayt – avtosfer.az saytı fəaliyyətə başlayacaq. Həmin saytda qanunvericilik bazası, yol polisi ilə əlaqələr, yol polisinə suallar, yol hərəkətinə aid qanunlarda və müxtəlif sahələrdə yeniliklər barədə geniş məlumat əldə etmək mümkün olacaq: «Saytda insanları maraqlandıran suallar da operativ şəkildə cavablandırılacaq. Sürücülər onları narahat edən istənilən məsələ ilə bağlı bizə müraciət edə bilərlər. Saytımız hər bir sürücünün, yol hərəkəti iştirakçısının üzünə açıq olacaq».Bundan əlavə, layihə müddətində gənc sürücülərlə bir neçə görüş keçirilməsi nəzərdə tutulur. Elməddin Muradlı bildirib ki, belə görüşlər əsasən 46 saylı məktəbdənkənar tərbiyyə işi mərkəzində keçiriləcək: «Çünki həmin məktəbdə yeni sinif otaqları quraşdırılıb ki, orada sürücülərin praktiki təlim keçməsi üçün hər cür şərait var. Cənubi Qafqazda ilk belə sinif otaqları məhz Azərbaycanda hazırlanıb. Biz də sürücüləri, sürücü olmaq istəyən şəxsləri həmin siniflərdə təlimlərə cəlb edib yol hərəkətinin məsuliyyəti barədə məlumatlar verib onlara əyani misallar təqdim edəcəyik».Layihədə daha bir maraqlı məqam isə üzərində müxtəlif maarifləndirici şüarların əks olunduğu yapışqanların hazırlanıb sürücülərə paylanmasıdır: «Mən müşahidə etmişəm. Azərbaycanda bu cür yapışqanlardan istifadə edən bəzi sürücülər lazımsız sözlər yazdırırlar və maşının üstünə yapışdırırlar. Biz isə düşündük ki, bu yapışqanlara daha diqqət çəkən şüarlar yazıb sürücüləri maarifləndirək».Layihə müddətində sürücülər yol hərəkəti üzrə ekspert Ərşad Hüseynovdan və Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarından faydalı məlumatlar əldə edə biləcəklər.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Gənclər daha gec yaşlarda evlənməyə qərar verirlər” – Fazil Mustafa
16:37 16.10.2026
“Gənclər daha gec yaşlarda evlənməyə qərar verirlər” – Fazil Mustafa
Əl və ayaqlarda keyimə ciddi xəstəliklərin xəbərçisi ola bilər – Həkimlərdən xəbərdarlıq
16:34 16.10.2026
Əl və ayaqlarda keyimə ciddi xəstəliklərin xəbərçisi ola bilər – Həkimlərdən xəbərdarlıq
Cəbrayıl Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verildi
16:11 16.10.2026
Cəbrayıl Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verildi
“20 ildən sonra daha ciddi vəziyyətlə üzləşəcəyik” – Sosioloqdan AÇIQLAMA
16:11 16.10.2026
“20 ildən sonra daha ciddi vəziyyətlə üzləşəcəyik” – Sosioloqdan AÇIQLAMA
İCMA nümayəndələri Yaponiyada Azərbaycan səfiri ilə görüşüblər - FOTOLAR
15:54 16.10.2026
İCMA nümayəndələri Yaponiyada Azərbaycan səfiri ilə görüşüblər - FOTOLAR
Paşinyan və Pezeşkian İrəvanda görüşüb
15:31 16.10.2026
Paşinyan və Pezeşkian İrəvanda görüşüb
Bakının bu rayonunda 30 bina söküləcək
15:26 16.10.2026
Bakının bu rayonunda 30 bina söküləcək
“Vüqar müəllim intriqalardan uzaq biridir” – Xoşqədəm Hidayətqızı
15:11 16.10.2026
“Vüqar müəllim intriqalardan uzaq biridir” – Xoşqədəm Hidayətqızı
Azərbaycanda çevrilişə çağırış edən türkiyəli jurnalist axtarışa verildi
15:08 16.10.2026
Azərbaycanda çevrilişə çağırış edən türkiyəli jurnalist axtarışa verildi
Həftəsonunun ən şanslı 5 bürcü - SİYAHI
15:07 16.10.2026
Həftəsonunun ən şanslı 5 bürcü - SİYAHI
Paşinyan və Pezeşkian İrəvanda ikitərəfli münasibətləri müzakirə ediblər
14:52 16.10.2026
Paşinyan və Pezeşkian İrəvanda ikitərəfli münasibətləri müzakirə ediblər
Maddi çətinliklər ailə münasibətlərini necə sarsıdır? - Psixoloqdan AÇIQLAMA
14:50 16.10.2026
Maddi çətinliklər ailə münasibətlərini necə sarsıdır? - Psixoloqdan AÇIQLAMA
Park Yasamalda 2 otaqlı studiyalardan başlayaraq hazır mənzillər satışda!
14:47 16.10.2026
Park Yasamalda 2 otaqlı studiyalardan başlayaraq hazır mənzillər satışda!
“Azərbaycanda da uçan avtomobillərin olması bizi təəccübləndirməməlidir”
14:12 16.10.2026
“Azərbaycanda da uçan avtomobillərin olması bizi təəccübləndirməməlidir”
“Aktiv və sağlam uzunömürlülük: dövlət siyasəti və sosial innovasiyalar” mövzusunda dəyirmi masa keçirilib
14:09 16.10.2026
“Aktiv və sağlam uzunömürlülük: dövlət siyasəti və sosial innovasiyalar” mövzusunda dəyirmi masa keçirilib
Hərbçilərin maaş artımına 550 milyon manat ayrılacaq - Ədalət Verdiyev
13:45 16.10.2026
Hərbçilərin maaş artımına 550 milyon manat ayrılacaq - Ədalət Verdiyev