Tanınmış azərbaycanlı iş adamı vəfat etdi - FOTO

Tanınmış azərbaycanlı iş adamı vəfat etdi - FOTO
SOSİAL
00:17 16.09.2026
238
Tanınmış iş adamı, "Naftalan" Sanatoriya-Kurort Birliyinin direktoru Hatəm Qocayev vəfat edib.

AZXEBER.COM xəbər verir ki, bu barədə iş adamının üzv olduğu Yeni Azərbaycan Partiyasının (YAP) Naftalan Şəhər Təşkilatı məlumat yayıb.

H.Qocayevin hansı səbəbdən dünyasını dəyişməsi açıqlanmayıb.

Qeyd edək ki, o, 2012-2022-ci illərdə YAP Naftalan şəhər təşkilatının sədri olub. O, həmçinin Yeni Azərbaycan Partiyası Goranboy Rayon Təşkilatının sədri Samir Qocayevin atasıdır.

 


OXŞAR XƏBƏRLƏR