İstanbulun Üsküdar rayonunun bələdiyyə sədri Sinem Dedetaş həbs edilib.
AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, Sinem Dedetaş tikinti və istismar icazələrinin verilməsi prosesində qanunsuzluqlara yol verilməsi ilə rüşvət və vəzifə səlahiyyətlərindən sui-istifadə cinayətlərinin törədildiyi iddiası ilə aparılan istintaq çərçivəsində saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib.
İş üzrə daha dörd şübhəli barəsində də həbs qətimkan tədbiri seçilib.