Uşağın doğulmasına görə müavinətin artım tarixi - 30 manatdan 1500-dək

Uşağın doğulmasına görə müavinətin artım tarixi - 30 manatdan 1500-dək
ÖZƏL
11:32 04.11.2026
270
Azərbaycanda uşağın anadan olmasına görə verilən birdəfəlik müavinətin məbləği illər ərzində dəfələrlə artırılıb. 2006-cı ildə 30 manat təşkil edən bu ödəniş hazırda 600 manata çatıb.

AZXEBER.COM xəbər verir ki, Dövlət Sosial Müdafiə Fondunun məlumatına əsasən, müavinətin məbləğində son 20 ildə bir neçə dəfə dəyişiklik edilib.

Belə ki, artım ardıcıllığı aşağıdakı kimi olub:

- 1 yanvar 2006-cı il – 30 manat;
- 1 fevral 2007-ci il – 35 manat;
- 1 sentyabr 2008-ci il – 50 manat;
- 1 yanvar 2010-cu il – 75 manat;
- 1 dekabr 2011-ci il – 82,5 manat;
- 1 sentyabr 2013-cü il – 90 manat;
- 1 fevral 2016-cı il – 99 manat;
- 1 mart 2018-ci il – 109 manat;
- 1 aprel 2019-cu il – 200 manat;
- 1 yanvar 2022-ci il – 300 manat;
- 1 yanvar 2023-cü il – 500 manat;
- 1 iyul 2025-ci il – 600 manat.

Beləliklə, 2006-cı illə müqayisədə birdəfəlik müavinətin məbləği 570 manat və ya 20 dəfə artıb.

Xüsusilə 2019-cu ildə müavinət 109 manatdan 200 manata, 2022-ci ildə 300 manata, 2023-cü ildə isə 500 manata yüksəldilib. Sonuncu artım 2025-ci il iyulun 1-dən qüvvəyə minib və ödəniş 600 manat müəyyən edilib.

Hazırda uşağın anadan olmasına görə birdəfəlik müavinət hər doğulan uşağa görə verilir. Ödəniş, bir qayda olaraq, müraciət edilmədən proaktiv qaydada təyin olunur. Müavinət uşağın doğumunun dövlət qeydiyyatına alınmasından sonra rəsmiləşdirilir.
 
2027-ci ildə isə uşağın doğulmasına görə verilən birdəfəlik müavinətin məbləğinin daha da artırılması nəzərdə tutulur.

Belə ki, layihəyə əsasən, növbəti ildə sözügedən müavinətin 1500 manat olması planlaşdırılır.
 
Qeyd edək ki, 2026-cı ildə bu məbləğ 600 manat təşkil edib. Bu isə müavinətin 900 manat və ya 2,5 dəfə artırılması deməkdir.
 
Günel Hüseynli
OXŞAR XƏBƏRLƏR