Valideynlərin nəzərinə: Bakıda narkotik və əxlaqsızlığı təbliğ edən uşaq geyimləri satılır - FOTO

Valideynlərin nəzərinə: Bakıda narkotik və əxlaqsızlığı təbliğ edən uşaq geyimləri satılır - FOTO
SOSİAL
14:38 14.04.2021
1397
Azərbaycanda mağazalarda açıq-aşkar marixuananı təbliğ edən geyimlər satılır. Xüsusən də 3-14 yaşlı uşaqlar üçün özünü dərketmə dövründə belə geyimlərin daha çox satıldığını görmək mümkündür.

Bu geyimlər "Instagram” üzərindən də satılmaqdadır.

AZXEBER.COM xəbər verir ki, "Sputnik Azərbaycan” həmin geyimlərin açıq-aşkar satıldığı mağazalarla əlaqə saxlayıb. Adlarının çəkilməsini istəməyən mağaza satıcıları bu geyimlərin nəyi təbliğ etdiyindən xəbərdar olsalar da, "dəbdir” deyirlər.

Bakıdakı firma mağazalarından birinin satıcısı isə deyir ki, geyimin üzərində marixuananın təsvirinin olub-olmaması elə bir əhəmiyyət daşımır, onlar sadəcə bu geyimin satılmasında maraqlıdırlar.

Mazağa satıcıları bu geyimlərin Türkiyədən gətirildiyini və çox satıldığını, hətta artıq sayının azaldığını deyirlər. Bu isə o deməkdir ki, bir çox hallarda valideynlərin diqqətsizliyi, məlumatsızlığı gələcəkdə ailələrdə özünü göstərəcək.

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov açıqlamasında vurğulayıb ki, bu gün bütün dünya marixuana ilə mübarizə aparsa da, ondan külli miqdarda pul qazanan ölkələr də var:

"Geyimlərin üzərində belə təsvirlərin olması isə çox az yaşdan insanların beyinlərini yuyaraq gələcəkdə buna meyilləndirməyi hədəfləyib.

Vaxtilə siqaret formasında saqqızlar satılırdı. Burada da məqsəd uşaqları siqaretə alışdırmaq, onu təbliğ etmək idi.

Təəssüflər olsun ki, mövcud qanunlar bu kimi halları qadağan etmir. Bu kimi halların qadağası üçün dövlət qurumları da fəal iş aparmır. İstehlakçı hüquqları arxa plana keçib, biznes qurumları isə nə istəsə, edə bilirlər”.
 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycandan keçməklə Ermənistana buğda və propan göndəriləcək
22:05 21.08.2026
Azərbaycandan keçməklə Ermənistana buğda və propan göndəriləcək
Hacıbəy Heydərli: Azərbaycan və Özbəkistan media və QHT-lərinin əməkdaşlığı dünyaya nümunədir
22:00 21.08.2026
Hacıbəy Heydərli: Azərbaycan və Özbəkistan media və QHT-lərinin əməkdaşlığı dünyaya nümunədir
Xəstəxanada izdiham: "Dörd gündür həkim qəbuluna düşə bilmirəm" - VİDEO
21:55 21.08.2026
Xəstəxanada izdiham: "Dörd gündür həkim qəbuluna düşə bilmirəm" - VİDEO
Bakıda gedişhaqqında dəyişiklik: 1 saat ərzində limitsiz nəqliyyat
21:41 21.08.2026
Bakıda gedişhaqqında dəyişiklik: 1 saat ərzində limitsiz nəqliyyat
Xocavənddə mina partlayışı: Xəsarət alan şəxsin vəziyyəti açiqlandi
21:36 21.08.2026
Xocavənddə mina partlayışı: Xəsarət alan şəxsin vəziyyəti açiqlandi
“Opel” idarəetmədən çıxaraq aşdı - 3 nəfər xəsarət aldı
21:34 21.08.2026
“Opel” idarəetmədən çıxaraq aşdı - 3 nəfər xəsarət aldı
Anar Nəcəfliyə yeni vəzifə verildi
21:31 21.08.2026
Anar Nəcəfliyə yeni vəzifə verildi
Gəncədə 65 yaşlı kişi qətlə yetirilib
21:25 21.08.2026
Gəncədə 65 yaşlı kişi qətlə yetirilib
Ərzaq bazarlarında təhlükəsiz qida təminatı üçün nələrə əməl olunmalıdır? - VİDEO
21:17 21.08.2026
Ərzaq bazarlarında təhlükəsiz qida təminatı üçün nələrə əməl olunmalıdır? - VİDEO
Gəncədə boğularaq öldürülən qadının - Fotosu
21:07 21.08.2026
Gəncədə boğularaq öldürülən qadının - Fotosu
Azərbaycan–Özbəkistan müttəfiqliyi: Bakı–Daşkənd xətti yeni regional reallıq formalaşdırır
21:02 21.08.2026
Azərbaycan–Özbəkistan müttəfiqliyi: Bakı–Daşkənd xətti yeni regional reallıq formalaşdırır
Peyvənd vurulan uşaqların sayı açıqlandı
20:56 21.08.2026
Peyvənd vurulan uşaqların sayı açıqlandı
Azərbaycan və Özbəkistanın dostluğu, qardaşlığı dünyaya nümunədir - ŞƏRH
20:54 21.08.2026
Azərbaycan və Özbəkistanın dostluğu, qardaşlığı dünyaya nümunədir - ŞƏRH
Bağlanan universitetin tələbələrinin aqibəti necə olacaq? - AÇIQLAMA
20:38 21.08.2026
Bağlanan universitetin tələbələrinin aqibəti necə olacaq? - AÇIQLAMA
43 yaşlı kişi traktor sürərkən minaya düşdü - 3 qurum birgə məlumat yaydı
20:35 21.08.2026
43 yaşlı kişi traktor sürərkən minaya düşdü - 3 qurum birgə məlumat yaydı
Yunanıstan Azərbaycandan neft idxalını artırıb
20:28 21.08.2026
Yunanıstan Azərbaycandan neft idxalını artırıb