Bu ərazilərdə işıq olmayacaq

Bu ərazilərdə işıq olmayacaq
SOSİAL
00:43 17.08.2026
855
Bu gün ölkənin bəzi ərazilərində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilələr yaranacaq.

AZXEBER.COM xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.

Bildirilib ki, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə avqustun 17-də ölkənin bir sıra rayonlarında elektrik şəbəkəsində təmir və yenidənqurma işləri aparılacaq.

Tərtər Elektrik Şəbəkəsinin (EŞ) xidməti ərazisində 6 kV-luq hava xəttinə toxunan ağacların budanması ilə əlaqədar saat 10:00-dan 14:00-dək Qaradağlı, Təzəkənd və Kəngərli kəndlərinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.

Ağdaş EŞ-yə daxil olan 10 kV-luq "Şıxlı" hava xəttində və 110/35/10 kV-luq "Ləki Dartı" yarımstansiyasında 10 kV-luq bölmədə təmir işləri həyata keçiriləcək. Beləliklə, saat 10:00-dan 14:00-dək və saat 10:30-dan 12:30-dək Ərəş küçəsi, Aşağı Zeynəddin, Yeniarx, Mürsəl, Şıxlı, Qarasuqumlaq, Orta Ləki, Yuxarı Ləki, Hapıtlı, Ovçulu, Güvəkənd, Əmirarx, Cardam, Nehrəxəlil, Kotanarx, Tofiqi, Şəmsabad, Əmirmahmud kəndlərinin bəzi ərazilərində enerjinin verilişində fasilə yaranacaq.

Bərdədə 35 kV-luq "Qaraməmmədli" hava xəttində təmir və yeni dayağın əkilməsi ilə əlaqədar planlı fasilə saat 10:00-dan 15:00-dək Seyid Yusifli, Hacallı, Mehdixanlı, Qayalı, Cicimli kəndlərini də əhatə edəcək. Yevlax EŞ-nin xidməti ərazisində yerləşən 10 kV-luq hava xəttində təmir işləri ilə əlaqədar 10:00-dan 16:00-dək Qaramanlı, Hacımahmudlu, Nəmirli, Göyük, Nurallar kəndlərinin bir hissəsində fasilə olacaq. Görülən işlər yekunlaşdıqdan sonra adıçəkilən ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Turan”ın prezidenti kişi voleyboluna üstünlük verməməsinin səbəbini açıqladı
17:35 19.10.2026
“Turan”ın prezidenti kişi voleyboluna üstünlük verməməsinin səbəbini açıqladı
“Turan” Çempionlar Liqasında tarix yazmağa hazırlaşır – Prezidentdən açıqlama
17:27 19.10.2026
“Turan” Çempionlar Liqasında tarix yazmağa hazırlaşır – Prezidentdən açıqlama
Novo Azərbaycanın “Az Çəki, Çox Həyat” kampaniyası çərçivəsində Gənclik Mall-da keçirilən aktivliyi uğurla yekunlaşıb
17:15 19.10.2026
Novo Azərbaycanın “Az Çəki, Çox Həyat” kampaniyası çərçivəsində Gənclik Mall-da keçirilən aktivliyi uğurla yekunlaşıb
Mətbuat Şurası Türkiyə mediasında Azərbaycana qarşı aparılan qərəzli kampaniya barədə bəyanat yaydı
17:15 19.10.2026
Mətbuat Şurası Türkiyə mediasında Azərbaycana qarşı aparılan qərəzli kampaniya barədə bəyanat yaydı
Tovuzda tarixi qarşılaşmaya hazırlıq: İdman kompleksi yeniləndi - FOTOLAR
17:11 19.10.2026
Tovuzda tarixi qarşılaşmaya hazırlıq: İdman kompleksi yeniləndi - FOTOLAR
“Falçılıq” adı altında dələduzluq edən şəxs saxlanılıb
16:55 19.10.2026
“Falçılıq” adı altında dələduzluq edən şəxs saxlanılıb
Yoluxucu xəstəliklərlə bağlı həyəcan: Mütəxəssislərdən vacib xəbərdarlıq
16:43 19.10.2026
Yoluxucu xəstəliklərlə bağlı həyəcan: Mütəxəssislərdən vacib xəbərdarlıq
Məktəblilər üçün beynəlxalq informatika müsabiqəsinə qeydiyyat başladı
16:38 19.10.2026
Məktəblilər üçün beynəlxalq informatika müsabiqəsinə qeydiyyat başladı
Xaricdən maşın gətirmək əvvəlki kimi asan deyil – Ekspertdən AÇIQLAMA
16:38 19.10.2026
Xaricdən maşın gətirmək əvvəlki kimi asan deyil – Ekspertdən AÇIQLAMA
Bakıda “The World of Adrenaline” beynəlxalq sirk proqramı təqdim olunub
16:35 19.10.2026
Bakıda “The World of Adrenaline” beynəlxalq sirk proqramı təqdim olunub
Paytaxtın bu ərazisində mənzillər kəskin ucuzlaşdı
16:13 19.10.2026
Paytaxtın bu ərazisində mənzillər kəskin ucuzlaşdı
İran bayraqları, fars dilində şüarlar... -  Almaniyadakı aksiyada diqqətçəkən MƏQAMLAR
16:09 19.10.2026
İran bayraqları, fars dilində şüarlar... - Almaniyadakı aksiyada diqqətçəkən MƏQAMLAR
Pensiyaçılara şad xəbər - Bu tarixdə
15:59 19.10.2026
Pensiyaçılara şad xəbər - Bu tarixdə
Tramp Fransanı sərhədlərini dərhal bağlamağa çağırıb
15:43 19.10.2026
Tramp Fransanı sərhədlərini dərhal bağlamağa çağırıb
İstanbulda İsrail vətəndaşına hücum edildi - ANBAAN VİDEO
15:39 19.10.2026
İstanbulda İsrail vətəndaşına hücum edildi - ANBAAN VİDEO
Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur
15:34 19.10.2026
Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur