Azər Mursaqulov 3 şöbə müdirini işdən çıxardı

Azər Mursaqulov 3 şöbə müdirini işdən çıxardı
SOSİAL
15:59 15.09.2026
487
Dövlət Statistika Komitəsinin üç şöbə müdiri vəzifəsindən azad olunub.

AZXEBER.COM "Unikal”a istinadən xəbər verir ki, bu barədə komitə sədri Azər Mursaqulov müvafiq əmrlər imzalayıb.

Struktur dəyişiklikləri ilə əlaqədar Xidmət statistikası şöbəsinin müdiri Sevinc Fəttahova, Əmək statistikası şöbəsinin müdiri Nemət Xuduzadə və Həyat keyfiyyətinin statistikası şöbəsinin müdiri Səxavət Məmmədov tutduqları vəzifələrdən azad ediliblər.

Komitədən məlumatı təsdiqləyiblər. Bildirilib ki, Dövlət Statistika Komitəsində qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla strukturun təkmilləşdirilməsi istiqamətində dəyişikliklər həyata keçirilir.
OXŞAR XƏBƏRLƏR