Bakı metrosu belə dezinfeksiya edilir - FOTOLAR

Bakı metrosu belə dezinfeksiya edilir - FOTOLAR
SOSİAL
17:19 02.03.2020
4378
"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətində koronavirus infeksiyasına qarşı əks-epidemik profilaktik tədbirlər - dezinfeksiya işləri fevral ayının 21-dən etibarən bütün metropoliten obyektlərində və qatarlarda aparılmaqdadır.

AZXEBER.COM xəbər verir ki, müvafiq lisenziyası olan şirkətlə bağlanmış müqaviləyə uyğun olaraq, hazırlanan tədbirlər planına əsasən, "Bakı Metropoliteni" QSC-nin müvafiq struktur vahidi işçilərinin nəzarəti altında şirkət tərəfindən "Nərimanov" elektrik deposunda qatarların ətraflı dezinfeksiyası tam olaraq yerinə yetirilib və ikinci dövrə üzrə dezinfeksiya işlərinə başlanılıb və davamlı olaraq aparılacaq. Onu da xüsusi olaraq qeyd etmək lazımdır ki, dezinfeksiya işləri vaqon salonunun bütün hissələrini əhatə edir.

Tədbirlər planına uyğun olaraq, "Nərimanov" elektrik deposunun yeməkxanasında da dezinfeksiya işləri aparılıb. Profilaktik tədbirin aparılmasına ictimai nəzarət də təmin edilir. Budəfəki tədbirdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sağlamlığın mühafizəsi və sosial təminat üzrə şöbəsinin etimadlı həkimi Söhrab Mansurov da yaxından iştirak edib. Onunla yanaşı, həkim-mütəxəssis Emin Kəbirlinski, Metropoliteni İşçiləri Həmkarlar İttifaqının nümayəndəsi və əməyin texniki müfəttişi də işləri yaxından izləyiblər. Onlar profilaktik tədbirlərin təşkilini yüksək qiymətləndiriblər.

Fevral ayının 26-dan başlayaraq, gündəlik olmaqla, koronavirus infeksiyasına qarşı əks-epidemik profilaktik tədbirlər stansiyalarda da aparılır. Gündəlik iş şəraiti rejimində əllə təmas olunan səthlər xüsusi dezinfektantlarla silinərək təmizlənir. Dezinfektantlarla silinən yerlərə qapılar, şüşələr, pilləkən, keçid, vestibül, plaftomalar və s. yerlərdə tutacaqlar, eskalatorların sürahilərini nümunə göstərmək olar. Bu işlər gün ərzində bir neçə dəfə təkrarlanmaqla yerinə yetirilir və daimi olaraq nəzarət təmin edilir. Gündəlik rejimdə istifadə olunan dezinfektantlar insan sağlamlığı üçün təhlükəsizdir. Gecə saatlarında, sərnişinlərin metropolitendən istifadə etmədiyi vaxtlarda stansiyalarda aparılan profilaktik dezinfeksiya tədbirlərinə keçid, vestibül, plaftorma və stansiya yolları daxildir.

Tədbirlər planına uyğun olaraq, "Bakı Metropliteni" QSC-nin bütün inzibati binaları və yeməkxanalarında, o cümlədən xidməti və işçi otaqlarda, sanitariya qovşaqlarında, vestibül, dəhlizlər və s. yerlərdə dezinfeksiya işləri mərhələli qaydada aparılır.

Xatırladaq ki metropolitendə koronavirusla əlaqədar dezinfeksiya zamanı geniş spektrli "ProGreen DEZ-8" dərman vasitəsindən istifadə olunur. Bu dezinfektant bütün növ mikroblar, bakteriyalar, viruslar, göbələklər, vərəm çöpləri, habelə qan, bəlğəm, nəcis üçün də təyinatlıdır.

Ümumən 2020-ci il yanvar ayının 30-dan "Bakı Metropoliteni" QSC-də geniş maarifləndirmə işlərinə də start verilib. İlk olaraq, metropoliten işçiləri arasında Ümumdünya Səhiyyə Təşkilatı və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin, həmçinin TƏBİB-in tövsiyələrinə uyğun olaraq, koronavirusla bağlı ətraflı maarifləndirmə işləri aparılıb və davam edir.

Koronavirus ilə bağlı metropolitendə mütəmadi olaraq görülən tədbirlər barədə ictimaiyyəti maraqlandıran məsələlər üçün "Bakı Metropoliteni” QSC-də 964 və (012) 490 00 00 nömrəli qaynar xətləri (https://metro.gov.az/az/contacts) davamlı fəaliyyət göstərir. Məsələnin əhəmiyyəti nəzərə alınaraq, metropolitenlə digər məsələlərlə bağlı telefon rabitəsinin qurulması üçün +994 (12) 490 01 01 nömrəsi təyin edilib.
 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Gəlin, qucaqlaşaq!
15:58 04.07.2025
Gəlin, qucaqlaşaq!
Rəşid Meredov: "ECO-nun Avrasiyada aparıcı inteqrasiya təşkilatına çevrilmək üçün real imkanları var"
15:58 04.07.2025
Rəşid Meredov: "ECO-nun Avrasiyada aparıcı inteqrasiya təşkilatına çevrilmək üçün real imkanları var"
Ersin Tatar: Azərbaycanın qısa müddətdə Qarabağı bərpa etməsi Şimali Kipri qürurlandırır
15:30 04.07.2025
Ersin Tatar: Azərbaycanın qısa müddətdə Qarabağı bərpa etməsi Şimali Kipri qürurlandırır
Almaxanım ana oldu
15:20 04.07.2025
Almaxanım ana oldu
Türkiyə Prezidenti ECO-ya üzv ölkələri Şimali Kiprlə əlaqələri genişləndirməyə çağırıb
15:15 04.07.2025
Türkiyə Prezidenti ECO-ya üzv ölkələri Şimali Kiprlə əlaqələri genişləndirməyə çağırıb
Beynəlxalq təşkilatdan İsrailə çağırış - "İcazə verin işimizi görək"
15:13 04.07.2025
Beynəlxalq təşkilatdan İsrailə çağırış - "İcazə verin işimizi görək"
Tacikistan Prezidenti: “ECO ölkələri üçün enerji bazarı strategiyası hazırlanmalıdır”
15:11 04.07.2025
Tacikistan Prezidenti: “ECO ölkələri üçün enerji bazarı strategiyası hazırlanmalıdır”
Beyniniz hər gecə lazımsız xatirələri silir
15:11 04.07.2025
Beyniniz hər gecə lazımsız xatirələri silir
Kəlbəcərdə Birinci Qarabağ müharibəsinin üç itkin şəhidi ilə vida mərasimi keçirilib
15:00 04.07.2025
Kəlbəcərdə Birinci Qarabağ müharibəsinin üç itkin şəhidi ilə vida mərasimi keçirilib
Ərdoğan: Xankəndi şəhərinin sülh mərkəzi olacağına ürəkdən inanıram
14:45 04.07.2025
Ərdoğan: Xankəndi şəhərinin sülh mərkəzi olacağına ürəkdən inanıram
Liderlərin Xankəndi görüşü dünyaya hansı mesajı verdi? - Deputat AÇIQLADI
14:44 04.07.2025
Liderlərin Xankəndi görüşü dünyaya hansı mesajı verdi? - Deputat AÇIQLADI
Məhkəmədə Kəlbəcərin işğalına dair şok faktlar açıqlandı
14:41 04.07.2025
Məhkəmədə Kəlbəcərin işğalına dair şok faktlar açıqlandı
Media subyektləri bu halda reyestrdən çıxarılacaq
14:30 04.07.2025
Media subyektləri bu halda reyestrdən çıxarılacaq
Şəxsiyət vəsiqələrimiz dəyişir - Milli Məclisdə I oxunuşdan keçdi
14:26 04.07.2025
Şəxsiyət vəsiqələrimiz dəyişir - Milli Məclisdə I oxunuşdan keçdi
Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb
14:18 04.07.2025
Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb
Pezeşkian: ECO sammiti İrana qarşı son hücumların pislənilməsi üçün fürsətdir
14:05 04.07.2025
Pezeşkian: ECO sammiti İrana qarşı son hücumların pislənilməsi üçün fürsətdir