Dünyaca məşhur şirkətin rəhbəri Qarabağda Azərbaycan qızılını necə talayıb? - ARAŞDIRMA

SOSİAL
23:01 01.11.2020
3884
Azərbaycanın işğal edilmiş ərazilərində bir sıra xarici şirkətlərin qanunsuz olaraq fəaliyyət göstərməsi, sərvətlərimizi talamasına dair indiyədək rəsmi Bakı tərəfindən dəfələrlə müvafiq bəyanatlar verilib. Həmin şirkətlərin məxsus olduqları ölkələrdən bu fəaliyyətə dərhal son qoyulması tələb edilib. Eyni zamanda, məsələ beynəlxalq təşkilatlar qarşısında da qaldırılıb. Bəzi ölkələr müraciətlərə müsbət cavab versələr də, bir sıra xarici şirkətlər işğal olunmuş ərazilərdə qeyri-qanuni iqtisadi fəaliyyətlərini davam etdiriblər.

Məlumat üçün bildirək ki, həmin şirkətlərin arasında həm dünyaca məşhur markalar, həm də ölkələrinin hökumətləri tərəfindən nəzarət edilən (qismən və ya tam) şirkətlər var.

Qarabağda qanunsuz fəaliyyətlə məşğul olan şirkətlərdən biri İsveçrənin "FranckMuller" saat markasıdır. Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də faktı təsdiqləyib. O bildirib ki, Ermənistan tərəfindən üçüncü ölkələrin fiziki və hüquqi şəxsləri cəlb edilməklə Zəngilanın Vecnəli kəndindən qanunsuz olaraq Azərbaycanın qızıl yataqlarının istismarı aparılıb.

"Bu proses üçün ölkənin "GeoProMining” şirkəti, həmçinin də İsveçrə vətəndaşı olan Vartan Sirmaks adlı şəxs cəlb olunmuşdu. Vartan Sirmaks dünyada brend saatlar hesab olunan "Franck Muller” saatlarının istehsalçısıdır və Vecnəlidə, o cümlədən Kəlbəcərdə çıxarılan qızıllar həmin saatların işləmələrində istifadə olunurdu... Xoş haldır ki, artıq Vecnəli yatağı işğaldan azad olunub".

Bütün dünyada məşhur olan, Demi Mur, Elton Jon, Joze Mourino, Kriştianu Ronoldu kimi məşhurların istifadə etdiyi saat markası illərlə Azərbaycan qızılını oğurlayıb.
 


Şirkətin həmtəsisçisi və icraçı direktoru Vartan Sirmakesdir. Bəs Vartan Sirmarkes kimdir və niyə öz biznes fəaliyyətini qanunsuzluq və oğurluq üzərində qurub?

Məlumat üçün bildirək ki, Sirmakes erməni əsillidir. O, 1956-cı ildə İstanbulda erməni zərgər ailəsində anadan olub. 18 yaşında İsveçrənin Cenevrə şəhərinə köçüb. Orada zərgərlik peşəsinə yiyələnib, diplomunu aldıqdan sonra öz zərgərlik emalatxanasını açıb.

1991-ci ildə Vardan Sirmakes İsveçrə saatı istehsalçısı Frank Müller ilə tanış olur və birlikdə "Frank Muller” şirkətini qururlar. 2003-cü ildə Frank Müller payını Smarkesə satır və erməni şirkətin başçısı olur.
 


Saatların dəyəri modelindən və seriyasından asılıdır. Ortalama dəyəri 13 500 avro təşkil edir. Lakin şirkətin daha bahalı, məhdud sayda dünya ulduzlarına həsr etmiş saatları da var. Məsələn, futbol ulduzu Kriştianu Ronalduya həsr olunmuş saat 110 000 avroya kolleksiyaçı tərəfindən satılıb.
 
Hazırda Sirmakes 14 istehsalat müəssisəsinə sahibdir, rəhbərliyi altında 800-dən çox işçi çalışır, 7 brend onun səlahiyyətindədir.

Bundan əlavə, iş adamı İsveçrədə erməni icmasının əsas maliyyə donorudur, Ermənistan iqtisadiyyatının ən böyük sərmayəçisi, həmçinin Qarabağdakı qanunsuz rejimin maliyyə dəstəkçilərindən biridir.

Ermənistanın sabiq prezidenti Serj Sakisyan 2011-ci ildə onu Fransanın Marsel şəhərində Baş konsulu təyin edib. 2018-ci ildə Sarkisyan tərəfindən "Vətən qarşısında xidmətlərinə görə” birinci dərəcəli ordenlə təltif olunub.
 
Bundan əlavə, iş adamı ötən il Paşinyanla görüşündə Ermənistanın paytaxtında "Qədim Yerevan” məhəlləsinin tikintisini müzakirə edib və bu məqsədlə 150 milyon dollar vəsait ayırıb.

Sirmarkes, həmçinin "ArmSwissBank”ın rəsmi təsisçisidir, bundan başqa Azərbaycanın işğal olunmuş ərazilərində "ArtsakhBank"ı təsis edib.
 


Onu da xatırlatmaq lazımdır ki, Ermənistanın hazırki prezidenti, Böyük Britaniyadakı sabiq səfiri Armen Sarkisyanın adı vaxtilə "Transparency International"da "ArmSwissBank” vasitəsilə pulların yuyulmasında hallanırdı.

Məlumatlara görə, Sirmarkes işğal altında olan Qarabağda 999,9 əyyarlıq qızıl külçələrin satışını həyata keçirir. Bu külçələr qanunsuz olaraq Azərbaycanın işğal altındakı ərazilərindən çıxarılaraq mənimsənilib.

Sirmarkes, həmçinin Azərbaycanın Xankəndi şəhərində "Qarabağ" adlı otel tikdirib. Otelin tikintisinə 1,5 milyon dollar sərmayə qoyub. Daha sonra Qarabağda zərgərlik fabriki açıb.

Erməni iş adamına qarşı işğal olunmuş ərazilərdəki qanunsuz fəaliyyətinə görə, hələ 2015-ci ildə Azərbaycanın Baş Prokurorluğu tərəfindən cinayət işi açılıb, o, beynəlxalq axtarışa verilib. İstintaq zamanı Sirmakesin bir qrup şəxslə bərabər Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz iqtisadi fəaliyyət göstərməsi, bu ərazilərdə qanunsuz separatçı rejimin təbliğatının beynəlxalq səviyyədə aparılması və Azərbaycanın müvafiq orqanları ilə razılaşdırılmadan Zəngilanın Vecnəli qızıl yatağının açılşında iştirak etməsi ilə bağlı kifayət qədər məlumat əldə edilib.
 


Artıq İsveçrə vətəndaşı Azərbaycan ərazilərində qanunsuz fəaliyyətini davam etdirə bilməyəcək. Çünki Vecnəli kəndi işğaldan azad edilib, hərbi əməliyyatlar davam etdiyi üçün işğaldakı digər ərazilərdə də qanunsuz iqtisadi fəaliyyət mümkün deyil.

Sirmarkes kimi digərləri də yəqin ki, başqa ölkənin ərazisində qanunsuz fəaliyyətin hansı nəticələrə gətirdiyindən dərs çıxaracaqlar. Onların öz ölkələrində bu cinayətlərə göz yumulsa da, belə qanunsuz əməlləri törədənlər Azərbaycanın qanunları qarşısında mütləq cavab verməli olacaqlar.

Mənbə: azvision.az

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

16:41 24.11.2020

Bərdədən Ağdama dəmir yolu xətti çəkiləcək - SƏRƏNCAM

16:37 24.11.2020

İşğaldan azad edilmiş ərazilərlə bağlı Əlaqələndirmə Qərargahı yaradılıb - SİYAHI

16:15 24.11.2020

Erməni baş redaktordan çağırış: “Qarabağa dönməyin” - VİDEO

16:10 24.11.2020

Xədicənin təhsil haqlarını öhdəsinə götürən Əziz Sancar kimdir? - VİDEO

15:53 24.11.2020

"Qalatasaray" klubu şəhidimiz Fərid Dursunovla bağlı paylaşım etdi - FOTO

15:52 24.11.2020

Putindən Qarabağla bağlı yeni açıqlama - VİDEO

15:41 24.11.2020

Şuşaya aparan avtomobil yolunun inşasına start verildi - FOTO

15:18 24.11.2020

Sosial şəbəkədə gündəmə çevrilən 20 yaşlı qazimizin anası danışdı - VİDEO

15:15 24.11.2020

Azərbaycanda kişiyə hamilə diaqnozu qoyulması ilə bağlı rəsmi AÇIQLAMA

15:06 24.11.2020

Ermənilərin mənimsədiyi xalçamızla bağlı tarixi yalan ifşa edildi: Bizə məxsus olduğu təsdiqləndi - FOTO

15:06 24.11.2020

Ermənistanda daha bir nazir istefa verdi

15:03 24.11.2020

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlandı

14:38 24.11.2020

Ermənilər Kəlbəcərin girişindəki lövhəni sökdü – FOTO

14:34 24.11.2020

Ermənilər Azərbaycan Ordusundan kömək istədi - ANBAAN VİDEO

14:33 24.11.2020

Məzarında “Qalatasaray” bayrağı qaldırılan şəhid zabitimiz - FOTOLAR

14:07 24.11.2020

Ayağından yaralanan İlqar: "Xəstəxanada 1 həftə ağladım ki, məni yenidən müharibəyə göndərin" - VİDEO