Hikmət Hacıyev ilə Elçin Qasımov Bakı və Bratislava arasında əməkdaşlığı müzakirə ediblər

Hikmət Hacıyev ilə Elçin Qasımov Bakı və Bratislava arasında əməkdaşlığı müzakirə ediblər
SİYASƏT
20:11 23.04.2026
86
Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Slovakiyanın Bakıdakı səfiri Elçin Qasımov iki ölkə arasında münasibətləri müzakirə ediblər.

AZXEBER.COM xəbər verir ki, bu barədə slovakiyalı səfir görüşün yekunlarına dair "X" sosial şəbəkə hesabında yazıb.

"Biz Slovakiya və Azərbaycan arasında ikitərəfli münasibətlərin yüksək səviyyəsini müsbət qiymətləndirdik. Bu, qarşıdan gələn çoxsaylı yüksək səviyyəli səfərlərlə təsdiqlənir.
Əməkdaşlığımızın daha da möhkəmləndirilməsini səbirsizliklə gözləyirəm", - o yazıb.
OXŞAR XƏBƏRLƏR