İkinci və üçüncü uşağa görə verilən ödənişlər artırıla bilər - AÇIQLAMA

İkinci və üçüncü uşağa görə verilən ödənişlər artırıla bilər - AÇIQLAMA
SOSİAL
01:32 05.06.2026
1881
Avropa ölkələrinin bir çoxunda doğum səviyyəsinin azalması və əhalinin qocalması fonunda ailələrə maliyyə dəstəyi, vergi güzəştləri, əlçatan mənzil proqramları və işləyən valideynlər üçün sosial təminatlar genişləndirilib. Azərbaycanda da demoqrafik göstəricilərdə müşahidə olunan dəyişiklikləri nəzərə alsaq, beynəlxalq təcrübədə özünü doğrultmuş hansı preventiv tədbirlər yerli şəraitə uyğun şəkildə tətbiq oluna bilər?

Mövzu ilə bağlı sosioloq Naib Niftəliyev Demokrat.az-a bildirib ki, dünyanın bir çox ölkələrində sosial-demoqrafik siyasət, doğum səviyyəsinin azalması və əhalinin yaşlanması milli strategiyanın mühüm hissəsi hesab olunur və milli təhlükəsizlik məsələsi kimi diqqət mərkəzində saxlanılır:

"İnkişaf etmiş ölkələrin əksəriyyətində əhali artım tempinin azalması müşahidə olunur. Xüsusilə Avropada əhalinin qocalması prosesi daha qabarıq şəkildə özünü göstərir.
Son onilliklərdə demoqrafik tənəzzül qlobal əhali siyasətində aktual məsələlərdən birinə çevrilib. Bununla bağlı müxtəlif ölkələrdə fərqli sosial-iqtisadi təşəbbüslər və təşviq mexanizmləri tətbiq olunur. Beynəlxalq təcrübə göstərir ki, təkcə maliyyə yardımları və iqtisadi dəstək vasitəsilə doğum səviyyəsini uzunmüddətli artırmaq mümkün olmur.

Daha effektiv nəticələr kompleks ailə siyasətinin həyata keçirilməsi və ailələrin dövlət qayğısı ilə əhatə olunması sayəsində əldə edilir. Azərbaycan reallığı nəzərə alındıqda Macarıstan və Polşanın təcrübəsi nümunə göstərilə bilər. Bu ölkələrdə çoxuşaqlı ailələr üçün güzəştli ipoteka proqramları, dövlət subsidiyaları və vergi güzəştləri tətbiq olunur.
Azərbaycanda da mənzil problemi ailələrin ikinci və ya üçüncü uşağa sahib olmaq qərarına təsir edən əsas amillərdəndir. Təkcə dolanışıq deyil, gələcək təminatla bağlı narahatlıqlar da bu qərarlara təsir göstərir. Bu səbəbdən mənzil dəstəyi mexanizmləri, sosial güzəştlər, uşaq pulunun verilməsi və uşaqlara yönəlmiş sosial xidmətlərin genişləndirilməsi mühüm rol oynaya bilər".

Ekspert deyib ki, Skandinaviya ölkələri, Fransa və İsveç təcrübəsi göstərir ki, əlçatan bağça və məktəbəqədər təhsil sistemi qadınların əmək bazarında qalmasına şərait yaradır və daha çox uşaq sahibi olmaq qərarına müsbət təsir göstərir:

"Azərbaycanda da bənzər model tətbiq edilə bilər. Bununla yanaşı, işsizlik, gizli işsizlik və aşağı əməkhaqqı kimi problemlər nəzərə alınmalıdır. Bu baxımdan Azərbaycan və Avropa ölkələrinin sosial-iqtisadi göstəricilərini birbaşa müqayisə etmək çətindir.

Valideynlərin sosial müdafiəsinin gücləndirilməsi də mühüm istiqamətlərdəndir. Skandinaviya ölkələrində analarla yanaşı atalar üçün də müxtəlif güzəştlər nəzərdə tutulur. Bu model ailədaxili yükün daha balanslı bölüşdürülməsinə şərait yaradır. Azərbaycanda ailə və əmək siyasətinin əlaqələndirilməsi gənc ailələrin iş və ailə həyatını daha rahat uzlaşdırmasına kömək edə bilər. Bu, boşanmaların və abortların azalmasına da müsbət təsir göstərə bilər.

Asiya ölkələrində, xüsusilə Yaponiya, Cənubi Koreya, Sinqapur və Hindistanda ailələrin dəstəklənməsi istiqamətində müxtəlif proqramlar həyata keçirilir. Ailələrə verilən sosial dəstəyin uşaq sayı ilə əlaqələndirilməsi də müzakirə oluna bilər. Məsələn, ikinci və üçüncü uşağın doğulmasına görə vergi güzəştlərinin və sosial ödənişlərin artırılması demoqrafik problemlərin yumşaldılmasına kömək edə bilər. Azərbaycan üçün ən məqsədəuyğun yanaşma yerli şəraitə uyğunlaşdırılmış kompleks ailə siyasətinin həyata keçirilməsidir. Bu çərçivədə həm atanın, həm də ananın hüquqları bərabər qorunmalı, sosial dəstək mexanizmlərinə çıxış genişləndirilməlidir.

Eyni zamanda abortların azaldılması istiqamətində hüquqi, sosial və maarifləndirici tədbirlərin həyata keçirilməsi əhalinin artımına, sağlamlığın qorunmasına və gələcəkdə sosial təminat sisteminin dayanıqlılığına müsbət təsir göstərə bilər",- deyə o qeyd edib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Özəl bağçalara dövlət yardımı: Valideynlər üçün hansı imkanlar yaranır?
16:22 21.07.2026
Özəl bağçalara dövlət yardımı: Valideynlər üçün hansı imkanlar yaranır?
Paşinyandan heyrətamiz faşist Njde QƏRARI
16:16 21.07.2026
Paşinyandan heyrətamiz faşist Njde QƏRARI
“TikTok-da tanış oldum, həkim olduğunu dedi” – Estetik əməliyyat qalmaqalı
16:15 21.07.2026
“TikTok-da tanış oldum, həkim olduğunu dedi” – Estetik əməliyyat qalmaqalı
Marsol Academy-nin Amerika Yay Məktəbi proqramı uğurla yekunlaşdı - FOTOLAR
16:12 21.07.2026
Marsol Academy-nin Amerika Yay Məktəbi proqramı uğurla yekunlaşdı - FOTOLAR
Prezident: Almaniya ilə enerji sahəsində əməkdaşlıq çox geniş sahədə olacaq
16:05 21.07.2026
Prezident: Almaniya ilə enerji sahəsində əməkdaşlıq çox geniş sahədə olacaq
İlham Əliyevlə Merts mətbuat konfransı keçirir
15:56 21.07.2026
İlham Əliyevlə Merts mətbuat konfransı keçirir
Qabiliyyət imtahanında inşanı kompüterdə yazacaqlar - Abituriyentlərin nəzərinə!
15:50 21.07.2026
Qabiliyyət imtahanında inşanı kompüterdə yazacaqlar - Abituriyentlərin nəzərinə!
Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanıldı
15:42 21.07.2026
Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanıldı
Beş ayda 8 min boşanma: Azərbaycanda ailələrdə nə baş verir? - RƏY
15:36 21.07.2026
Beş ayda 8 min boşanma: Azərbaycanda ailələrdə nə baş verir? - RƏY
Sistemdə qeydiyyatdan keçməyən lisenziyalı bağçalar hansılardır? – AÇIQLAMA
15:32 21.07.2026
Sistemdə qeydiyyatdan keçməyən lisenziyalı bağçalar hansılardır? – AÇIQLAMA
Bərdədə kanalda batan şəxsin meyiti tapıldı
15:27 21.07.2026
Bərdədə kanalda batan şəxsin meyiti tapıldı
Xaricdə təhsil adı ilə belə aldadırlar: Tələbələr və valideynlər üçün kritik xəbərdarlıq
15:21 21.07.2026
Xaricdə təhsil adı ilə belə aldadırlar: Tələbələr və valideynlər üçün kritik xəbərdarlıq
2026-cı ilin ilk altı ayında vəzifəsini itirən məmurlar: Kimlər postu ilə vidalaşdı?
15:05 21.07.2026
2026-cı ilin ilk altı ayında vəzifəsini itirən məmurlar: Kimlər postu ilə vidalaşdı?
Kəlbəcərdə mina partlayışı - Çoban xəsarət aldı
15:03 21.07.2026
Kəlbəcərdə mina partlayışı - Çoban xəsarət aldı
"Arzum"la bağlı yeni xəbər - Sabah...
14:58 21.07.2026
"Arzum"la bağlı yeni xəbər - Sabah...
Qvineyada “ASAN xidmət” təcrübəsinin tətbiqi üzrə əməkdaşlıq davam edir
14:46 21.07.2026
Qvineyada “ASAN xidmət” təcrübəsinin tətbiqi üzrə əməkdaşlıq davam edir