Məktəblər açıldı, uşaqları hansı xəstəliklər gözləyir? – Pediatrdan açıqlama

Məktəblər açıldı, uşaqları hansı xəstəliklər gözləyir? – Pediatrdan açıqlama
SOSİAL
14:12 15.09.2026
203

Yeni tədris ilinin başlaması ilə məktəblərdə şagird sıxlığı da artır.

Uşaqların günün böyük hissəsini qapalı və kollektiv mühitdə keçirməsi isə müxtəlif yoluxucu xəstəliklərin yayılması üçün daha əlverişli şərait yaradır.

Xüsusilə payız-qış aylarında uşaqlar arasında soyuqdəymə, qrip və digər tənəffüs yolu infeksiyalarına daha çox rast gəlinir. Eyni zamanda, məktəb mühitində uşaqların bir-biri ilə sıx təmasda olması bəzi digər yoluxucu xəstəliklərin də yayılmasına səbəb ola bilər.

Bəs məktəblərin açılması ilə uşaqlar arasında hansı xəstəliklərin yayılma riski artır və valideynlər övladlarını bu xəstəliklərdən qorumaq üçün nələrə diqqət etməlidirlər?

Mövzu ilə bağlı AZXEBER.COM-a danışan həkim-pediatr Şəlalə Poluxova bildirib ki, məktəblərin açılması uşaqların mütləq xəstələnəcəyi anlamına gəlmir, sadəcə sıx təmas səbəbindən yoluxma ehtimalı artır:

"Məktəblərin açılması o demək deyil ki, xəstəliklər mütləq artacaq və uşaqlar xəstələnəcək. Sadəcə uşaqlar artıq bir-biri ilə daha yaxın və sıx təmasda olurlar. Bu da bakteriya və virusların bir-birinə ötürülməsi üçün daha əlverişli şərait yaradır. Ona görə də uşaqlar tətillə müqayisədə daha çox xəstələnə bilərlər. Uşağın balanslı qidalanmasına, yuxu rejiminə, fiziki aktivliyinə fikir verildikdə, D vitamini və digər pediatrik müalicələr həkim tövsiyəsinə uyğun aparıldıqda xəstələnmə riski daha aşağı olur”.


Şəlalə Poluxova bildirib ki, məktəblərdə ən çox rast gəlinən xəstəliklər arasında kəskin respirator virus infeksiyaları xüsusi yer tutur:

"Ən çox rast gəldiyimiz kəskin respirator virus infeksiyalarıdır. Bunlara adenovirus, parainfluenza, influenza, enterovirus kimi viruslar daxildir. Bunlar hər payız-qış mövsümündə rast gəldiyimiz tipik viruslardır. Burun axıntısı, burun tutulması, öskürək, boğaz ağrısı, hərarət və halsızlıq əsas əlamətlərdir. Qrip virusu da payız-qış mövsümündə əhəmiyyətli problemlərdən biridir. Uşaqlarda yüksək hərarət, baş ağrısı, əzələ ağrıları, halsızlıq, öskürək, qusma və digər simptomlar müşahidə oluna bilər. Bunun qarşısını almaq üçün payız mövsümündə qripə qarşı peyvənd olunmaq tövsiyə edilir. Peyvənd virusun tam qarşısını almasa da, xəstəliyin daha ağır keçməsi, xəstəxanaya yerləşdirilmə və digər ağırlaşmalar, o cümlədən ölüm riskini azaltmağa kömək edir”.

Həkim qeyd edib ki, respirator viruslarla yanaşı, digər infeksiyaların da məktəb mühitində yayılması mümkündür:

"RSV, COVID və digər çoxsaylı viruslar mövsüm ərzində bir-birini əvəz edə bilər. Hətta eyni vaxtda bir neçə virusa yoluxma da mümkündür. Buna görə də uşağın xəstələnməsi avtomatik olaraq konkret bir virusa yoluxduğu anlamına gəlmir. Qastroenteritlər, o cümlədən norovirus və adenovirus kimi bağırsaq virusları da aktual olur. Eyni zamanda, koksaki virusunun törətdiyi əl-ayaq-ağız xəstəliyinə məktəbəqədər və məktəbyaşlı uşaqlarda tez-tez rast gəlinir”.

 

Şəlalə Poluxova bakterial infeksiyalar arasında streptokok infeksiyasına da xüsusi diqqət yetirilməli olduğunu vurğulayıb:

"Bakterial infeksiyalar arasında daha çox rast gəlinənlərdən biri streptokok infeksiyasıdır. Onu virus infeksiyalarından fərqləndirmək çox önəmlidir. Streptokok infeksiyası zamanı yüksək hərarət, ciddi boğaz ağrısı, udqunmada çətinlik, badamcıqların şişməsi və bəzən irinlənmə müşahidə oluna bilər. Belə hallarda vaxtında həkimə müraciət edilməli və müalicə yalnız həkim nəzarəti altında aparılmalıdır. Uşaqların bir-biri ilə təması artdığı üçün yoluxucu xəstəliklərin yayılması üçün şərait yaranır. Məktəb və sinif otaqlarının tez-tez havalandırılması, uşaqlara öskürmə və asqırma etiketi qaydalarının öyrədilməsi vacibdir. Peyvəndlərin vaxtında vurulmasına da nəzarət edilməlidir. Xəstə uşaqlar isə məktəbə göndərilməməlidir”.

Fəridə Əsədzadə

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Dərslər başladı, yeni xərclər ortaya çıxdı – Hansı xidmətlər bahalaşa bilər?
15:51 15.09.2026
Dərslər başladı, yeni xərclər ortaya çıxdı – Hansı xidmətlər bahalaşa bilər?
AccessBank tenderin vaxtını uzatdı
15:47 15.09.2026
AccessBank tenderin vaxtını uzatdı
Şagird qaydaları pozursa, məktəb necə davranmalıdır? – Dünyadan fərqli təcrübələr
15:39 15.09.2026
Şagird qaydaları pozursa, məktəb necə davranmalıdır? – Dünyadan fərqli təcrübələr
Ərdoğan Azərbaycanı təbrik etdi - FOTO
15:22 15.09.2026
Ərdoğan Azərbaycanı təbrik etdi - FOTO
Leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
15:12 15.09.2026
Leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Vəzifəli şəxslərin, məmurların gəlirləri niyə gizli qalır? - Deputatlardan açıqlama
15:11 15.09.2026
Vəzifəli şəxslərin, məmurların gəlirləri niyə gizli qalır? - Deputatlardan açıqlama
Nazir: Azərbaycanda 4000-dən çox Türkiyə şirkəti fəaliyyət göstərir
15:02 15.09.2026
Nazir: Azərbaycanda 4000-dən çox Türkiyə şirkəti fəaliyyət göstərir
“AzerGold” Naxçıvanın mineral potensialını xarici şirkətlə birgə araşdıracaq
14:51 15.09.2026
“AzerGold” Naxçıvanın mineral potensialını xarici şirkətlə birgə araşdıracaq
Elektron siqaret çəkib, canlı yayım açan şagirdlər hansı məktəbdə təhsil alır? - VİDEO
14:46 15.09.2026
Elektron siqaret çəkib, canlı yayım açan şagirdlər hansı məktəbdə təhsil alır? - VİDEO
Zaqatalada əsaslı təmir olunan gimnaziyanın açılışı oldu - FOTOLAR
14:37 15.09.2026
Zaqatalada əsaslı təmir olunan gimnaziyanın açılışı oldu - FOTOLAR
Nigeriyada difteriya epidemiyası: 44 nəfər öldü
14:30 15.09.2026
Nigeriyada difteriya epidemiyası: 44 nəfər öldü
Məktəblər açıldı, uşaqları hansı xəstəliklər gözləyir? – Pediatrdan açıqlama
14:12 15.09.2026
Məktəblər açıldı, uşaqları hansı xəstəliklər gözləyir? – Pediatrdan açıqlama
Onlara da xüsusi rütbə veriləcək
14:04 15.09.2026
Onlara da xüsusi rütbə veriləcək
İlk dərs günündə canlı yayım açıb elektron siqaret çəkdilər - VİDEO
13:52 15.09.2026
İlk dərs günündə canlı yayım açıb elektron siqaret çəkdilər - VİDEO
“Hər il eyni mənzərədir” - Valideynlərin 15 sentyabrda etdiyi səhvlər
13:29 15.09.2026
“Hər il eyni mənzərədir” - Valideynlərin 15 sentyabrda etdiyi səhvlər
İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul etdi - FOTOLAR
13:15 15.09.2026
İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul etdi - FOTOLAR