Professor oğlanlara səsləndi: Qız öz atasından narazıdırsa, onunla evlənməyin

Professor oğlanlara səsləndi: Qız öz atasından narazıdırsa, onunla evlənməyin
SOSİAL
15:15 05.06.2026
247
"Evlənəcək oğlanlara tövsiyyəm var. Evlənmək istədiyiniz xanım öz doğma atasından narazıdırsa (istisnalar: ata alkaşdır, ata səviyyəsizdir, ata dələduzdur), həmin xanımla ailə qurmayın".
 
AZXEBER.COM xəbər verir ki, bunu hüquq üzrə fəlsəfə doktoru, professor Fərhad Mehdiyev deyib. 

Onun sözlərinə görə, qız əgər onun əziyyətini çəkmiş doğma atasının qədrini bilmirsə və ona nankorluq edirsə, çətin ona yad bir kişiyə hörmət və qayğı bəsləsin:
 
"Desəniz ki, niyə bu qeydimi qızlar haqqında verib, oğlanlar haqqında yazmıram? Məsələ valideynə münasibətdən gedir, valideyn də insan üçün müqəddəs varlıqdır. Oğlanlar adətən valideyinlərindən razı olur - anasından da atasından da. Qızların beyinlərini isə "valideyinlərin sənə uşaqlıqda travma yaşadıblar" deyən şarlatan - 2 həftəlik sertifikatlı psixoloqlar pozur, poza bilir.
Dinə görə, hansı övladdan valideynlər razı olarsa, Allah da həmin övladdan razı olar; mənası - valideyinlərinizə qarşı xoş davranın".
 
Professor qızlara da tövsiyə verib:
 
"Bilirik ki, xoşunuza gələn oğlan tipi vurub-dağıdan, qolu zorba avara tiplərdir, cibində pulu olsa, ondan yaxşısı ümumiyyətlə yoxdur sizin üçün. Qadınlarda bu istək qəbilə dövründən qalan şüuraltı bir faktordur: çünki bu tipdə bir kişi həmin qadını və onun övladlarını qoruyub saxlaya biləcək. Amma bu tip oğlanlar da ailəsinə qarşı o qədər sadiq, həssas və nəzakətli olmurlar, məsələn çəkdiyi siqaretin kötüyünü yerə atır, qısacası xuliqan tiplər.
 
Siz heç görmüsünüz kitabxanada elmlə məşqul olan oğlanları qızlar bəyənsin? Çox nadir hallarda. Qızlar özlərinə yaxşı ər seçmək istəyirlərsə, başıaşağı, mədəni, işgüzar, elmə və sənətə yaxın, altruizmlə dolu oğlanlara diqqət yetirsinlər. Onlar daha təxmin oluna bilən, daha sabit tiplərdir".
OXŞAR XƏBƏRLƏR