Bu gün UEFA Çempionlar Liqasında 2026/27 mövsümü başlayacaq.
AZXEBER.COM xəbər verir ki, bu il Çempionlar Liqasında Azərbaycanı "Sabah” klubu təmsil edir.
Komandamız 1-ci təsnifat mərhələsində Uelsin TNS klubunu qəbul edəcək.
Bu gün Masazır qəsəbəsindəki stadionda keçiriləcək matç saat 20:00-da başlayacaq. Oyunu Polşadan olan hakimlər briqadası idarə edəcək.
Bu, tarixində ilk dəfə Çempionlar Liqasına qatılan "Sabah" sözügedən yarışda debüt oyunu olacaq.
Qeyd edək ki, komandalar arasındakı cavab oyunu iyulun 14-də keçiriləcək.
UEFA Çempionlar Liqası
I təsnifat mərhələsi, ilk oyun
7 iyul
20:00. "Sabah” (Azərbaycan) - TNS (Uels)











































