Sabah paytaxtın səkkiz küçəsində qaz kəsiləcək

Sabah paytaxtın səkkiz küçəsində qaz kəsiləcək
SOSİAL
20:34 14.09.2026
171
Sabah Yasamal rayonunun 8 küçəsində qaz təchizatında qısamüddətli fasilə olacaq.

AZXEBER.COM  xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.

"Sabah saat 10:00-dan işlər yekunlaşanadək təmir-quraşdırma işləri ilə əlaqədar Yasamal rayonunun M.İbrahimov, L.Tolstoy, B.Səfəroğlu, D.Əliyeva, H.Aslanov, Ə.Quliyev, İ.Səfərli və T.Xəlilbəyli küçələrinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq", - məlumatda qeyd olunub.
OXŞAR XƏBƏRLƏR