ÜST: COVID-19-a qarşı peyvəndin hazırlanması vaxt aparacaq

ÜST: COVID-19-a qarşı peyvəndin hazırlanması vaxt aparacaq
SAĞLAMLIQ
21:39 23.04.2020
1772
"COVID-19 pandemiyasına görə immunlaşdırma xidmətlərinin dayandırılması peyvəndlərlə qarşısı alına biləcək digər xəstəliklərin yenidən canlanması riski yaradır”.

AZXEBER.COM-un APA-ya istinadən xəbərinə görə, bu, Ümumdünya İmmunlaşdırma Həftəsi (24-30 Aprel) öncəsi Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) xəbərdarlığında öz əksini tapıb.

Bildirilib ki, fövqəladə hallar zamanı qısa müddət olsa belə, immunizasiya xidmətləri dayandırıldıqda, qızılca və poliomielit kimi peyvəndlə qarşısı alına bilən xəstəliklərin yayılması riski artır: "Ebola epidemiyası ilə üz-üzə olan Konqo Demokratik Respublikasında ötən il qızılca xəstəliyinə görə 6000-dən çox insanın ölməsi faktı fövqəladə hallarda belə immunizasiya kimi tibbi xidmətlərinin davam etdirilməsinin vacibliyini sübut edir. Digər xəstəliklərin daha da artması artıq COVID-19 pandemiyası ilə mübarizə aparan səhiyyə sistemini tamamilə alt-üst edəcək”.

ÜST-ün xəbərdarlığında qeyd olunub ki, təşkilat təhlükəsiz və effektiv peyvəndin tədqiqi və inkişafını sürətləndirmək üçün dünyadakı bütün tərəfdaşlar ilə əməkdaşlıq edir: "Lakin sürətli bir proses olsa belə, COVID-19-a qarşı peyvəndin hazırlanması zaman aparacaq. Bu və digər xəstəliklərdən özümüzü qorumaq üçün ehtiyat tədbirlərinin görülməsi vacibdir”.

Xəbərdalıqda təhlükəsiz və effektiv peyvəndlər olduğu halda digər xəstəliklərin yayılma təhlükəsini aradan qaldırmağın vacib olduğu da bildirilib: "Dünya rekord sürətlə COVID-19 üçün yeni bir peyvəndin tapılması üzərində çalışır. Lakin biz peyvəndlə qarşısı alına bilən xəstəliklərdən qorunmaq üçün mübarizəmizə ara verməməliyik. Peyvəndləri etməsək, bu xəstəliklər yenidən artaraq təhlükə yaradacaq”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Bir az dadım, görüm xarabdırmı?” –  Evdə hazırlanan konservlərlə bağlı XƏBƏRDARLIQ
16:35 23.09.2026
“Bir az dadım, görüm xarabdırmı?” – Evdə hazırlanan konservlərlə bağlı XƏBƏRDARLIQ
Beynəlxalq tədbirlər zamanı nəqliyyat necə tənzimlənməlidir? - Tıxaclar hər yerdə olur, əsas bu addımlardır..
16:21 23.09.2026
Beynəlxalq tədbirlər zamanı nəqliyyat necə tənzimlənməlidir? - Tıxaclar hər yerdə olur, əsas bu addımlardır..
“Mərkəzi Nəbatat Bağı” və “Dendrologiya Bağı” birləşdirildi
16:15 23.09.2026
“Mərkəzi Nəbatat Bağı” və “Dendrologiya Bağı” birləşdirildi
Ermənistan-Türkiyə sərhədi açılacaq? – Türk generaldan açıqlama
16:13 23.09.2026
Ermənistan-Türkiyə sərhədi açılacaq? – Türk generaldan açıqlama
Nərimanovda 31 kiloqram narkotik vasitə aşkarlandı
16:06 23.09.2026
Nərimanovda 31 kiloqram narkotik vasitə aşkarlandı
Doktorant və gənc tədqiqatçıların 29-cu Respublika elmi konfransı keçiriləcək
15:58 23.09.2026
Doktorant və gənc tədqiqatçıların 29-cu Respublika elmi konfransı keçiriləcək
Mətbuat Şurasında “süni intellekt və media” mövzusunda tədbir keçirildi - FOTOLAR
15:41 23.09.2026
Mətbuat Şurasında “süni intellekt və media” mövzusunda tədbir keçirildi - FOTOLAR
Suriyada tarixində ilk: Qadın polislər məzun oldu - FOTOLAR
15:31 23.09.2026
Suriyada tarixində ilk: Qadın polislər məzun oldu - FOTOLAR
Çin lideri ABŞ-a yola düşüb
15:20 23.09.2026
Çin lideri ABŞ-a yola düşüb
E-QİYMƏT.az adlı yeni xəbər portalı fəaliyyətə başladı
14:46 23.09.2026
E-QİYMƏT.az adlı yeni xəbər portalı fəaliyyətə başladı
Əfv Sərəncamının icrasına başlanılır
14:31 23.09.2026
Əfv Sərəncamının icrasına başlanılır
Maaşlar artdıqca qiymətlər də bahalaşır – Gələcəkdə vətəndaşları nə gözləyir?
14:29 23.09.2026
Maaşlar artdıqca qiymətlər də bahalaşır – Gələcəkdə vətəndaşları nə gözləyir?
“Sən Alimsən axı, sən də Üzeyir... ” - Gündəm olan duetə sözardı
14:16 23.09.2026
“Sən Alimsən axı, sən də Üzeyir... ” - Gündəm olan duetə sözardı
Mərkəzdə mənzil axtaranlar üçün yeni imkanlar: Nərimanovda satışlar başladı
14:08 23.09.2026
Mərkəzdə mənzil axtaranlar üçün yeni imkanlar: Nərimanovda satışlar başladı
“Daha çox izlənmək istəyirsinizsə...” – Osman Gündüz
14:06 23.09.2026
“Daha çox izlənmək istəyirsinizsə...” – Osman Gündüz
Bu şəxslərə 6000 manat birdəfəlik müavinət verilir - RƏSMİ
13:58 23.09.2026
Bu şəxslərə 6000 manat birdəfəlik müavinət verilir - RƏSMİ