“ÜST-ün sədrinə bir az rüşvət vermək lazımdır ki, toyların keçirilməsinə icazə versin” - RƏYLƏR

SOSİAL
16:25 25.05.2021
3289

Xəbər verdiyimiz kimi, Nazirlər Kabineti yanında Operativ Qərərgahın növbəti brifinqində bir sıra önəmli qərarlar alınıb.

Yoluxma dinamikasının aşağı düşməsi nəzərə alınaraq,bir sıra məhdudiyyətlərin aradan qaldırılmasına qərar verilib. Qərarlar arasında ictimaiyyətin böyük kəsiminin gözlədiyi toylarla bağlı konkret addımlar atılmaması sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub.

Bəs, hansı şəraitdə toyların keçirilməsinə icazə verilə bilər?

Milli Məclisin deputatı Razi Nurullayev bildirib ki, peyvəndlənmə daha da sürətləndikdən sonra toylara icazə veriləcək: "Mənə belə gəlir ki, yaxın zamanda peyvəndlənmə daha da sürətlənəcək və əhalinin 30-40 faizi vaksin olunandan sonra toylara icazə verəcəklər. Mən düşünürəm ki, bu uzun çəkməz. Yəqin ki, iyun ayı ərzində toyların açılmasına da qərar verilə bilər. Amma məsələ burasındadı ki, vaksin olunmayanlarla bağlı müəyyən sərtləşdirici qərarlar verilməlidir. Bu baxımdan mən hər bir Azərbaycan vətəndaşına səslənirəm ki, hamı bu prosesə ciddi yanaşsın və peyvəndlənmədə iştirak etsin”.

Deputat Fəzail Ağamalı isə AZXEBER.COM-a açıqlamasında yaxın vaxtlarda bu məsələyə baxılacağını bildirib: "Mütəxəssislərin proqnozuna görə yaxın vaxtlarda – iyul ayında vəziyyət daha da yaxşılaşacaq. Belə olan halda mən düşünürəm ki,bu məsələyə yenidən baxılacaq. Mən əvvəl də belə bir təkliflə çıxış etmişdim ki, toy etmək istəyənlər- həm bəy-gəlin, həm də onların valideynləri peyvənd olunsunlar və toya kimi dəvət edirlərsə onlardan da bunu tələb etsinlər. Sonra isə sosial məsafə gözləməklə toyda çox rahat şəkildə iştirak edə bilərlər. Bu təkliflərin üstündə mən yenə də qalıram”.

AZXEBER.COM-a açıqlamasında məsələyə münasibət bildirən deputat Aqil Abbas isə bildirib ki, birmənalı olaraq toylara icazə verilməlidir: "ÜST-ün sədrinə biraz pul, rüşvət vermək lazımdır ki, toyların keçirilməsinə icazə versin. Çünki dünyanı barmaqlarına sarıyıblar. Hətta deyir ki, dördüncü dalğa gəlir və bu daha təhlükəlidir. Sən haradan bilirsən bunu? Demək siz yaratmısız bu xəstəliyi. Necə yəni 100 adam restoranda yemək yeyə bilər, amma 50 adam bir yerə yığışıb toy, ad günü, nişan edə bilməz? Bu nə axmaq münasibətdir? Avtobusda 70 adam ağız-ağıza gedə bilər, 50 adam min kvadratlıq bir yerdə toy edə bilməz. Bu nə deməkdir? Toy olmalıdır. Ayıbdır, gəlib toyun ortasından bəylə gəlini polisin aparması. Toya gələnləri cərimə edirlər. Belə şey olmaz. Səhv və axmaq qərardır. Toylara icazə verilməlidir. Müəyyən qaydalarla, qanunlarla icazə verilməlidir”.

Məsələ ilə bağlı AZXEBER.COM-a danışan MDHP-nin sədri Fərəc Quliyev də toyların açıq havada keçirilməsinə icazə verilməli olduğunu bildirib: "Düşünürəm ki, bununla bağlı ən düzgün qərarları Nazirlər Kabineti verə bilər. Amma mənim fikrimcə toyların açıq havada, müəyyən say məhdudiyyəti ilə keçirilməsinə icazə vermək olar. Vaksin vurduranların xüsüsi pasportlarla icazəsi isə mümkünsüzdür. Çünki burada uşaq var, yaşlı var. Bu səbəbdən ciddi nəzarət ola bilməz”.

Aydın Nuri

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

23:22 17.10.2021

"Bu ərazi Azərbaycanın nəzarətinə keçdi" - AÇIQLAMA

23:14 17.10.2021

Rusiyalı ermənipərəst deputatdan sərsəm təklif: Subay rus qızlarına Türkiyədə istirahət qadağan edilsin

23:08 17.10.2021

“Uşaq-muşağa fəxri ad, bizə isə işgəncə verib sənətdən küsdürürlər, günahdır, utanmırsınız?”

23:04 17.10.2021

Qurban Qurbanov: "Hər oyuna belə motivasiya, istəklə çıxmaq istəyirik"

22:57 17.10.2021

Polşada zəlzələ baş verdi

22:28 17.10.2021

Əfqanıstanda yaşayış binasının damının uçması nəticəsində 6 nəfər öldü

22:10 17.10.2021

"ABŞ Dağlıq Qarabağı öz forpostu kimi görmək istəyərdi" - Rusiyalı ekspert

21:59 17.10.2021

Böyük Dəbilqə: Azərbaycan cüdoçuları 1 qızıl, 1 bürünc medalla 4-cü yeri tutub

21:39 17.10.2021

ABŞ-da universitetdə atışma olub, ölən və xəsarət alanlar var

21:24 17.10.2021

Qətərin Baş nazirinin müavini və xarici işlər naziri Azərbaycana rəsmi səfərə gəlir

21:07 17.10.2021

Azərbaycanın Birinci vitse-prezidenti Vətən Müharibəsi Qəhrəmanları ilə görüşdü

20:50 17.10.2021

Biz qeyri-bərabər savaşa, qeyri-bərabər mübarizəyə hər an hazırıq, ölümə getməyə hazırıq - Prezident

20:40 17.10.2021

Türkiyənin Gürcüstandakı səfiri: “Türkiyə güclənən Azərbaycanla qürur duyur”

20:26 17.10.2021

İranın Baş Qərargah rəisinin Rusiyaya səfəri başladı

20:14 17.10.2021

Prezident: “Biz öz ləyaqətimizi, qürurumuzu, müstəqilliyimizi heç kimə güzəştə getməyəcəyik”

20:08 17.10.2021

Bill Klinton xəstəxanadan evə buraxıldı