Azərbaycan BMT-nin “Mediasiya nəticəsində əldə olunan beynəlxalq barışıq sazişləri haqqında” Konvensiyasına qoşulub

SİYASƏT
20:52 23.04.2026
469
Prezident İlham Əliyev tərəfindən bu ilin fevralın 23-də imzalanmış Sərəncama əsasən, Azərbaycan Respublikasının adından Birləşmiş Millətlər Təşkilatının "Mediasiya nəticəsində əldə olunan beynəlxalq barışıq sazişləri haqqında” Konvensiyasını imzalamaq səlahiyyəti Azərbaycanın BMT yanında Daimi nümayəndəsi Tofiq Musayevə həvalə olunub.

Sərəncama görə, Xarici İşlər Nazirliyinə BMT Baş katibinə müvafiq bildiriş göndərilməsi tapşırılıb. Sərəncam imzalandığı gündən qüvvəyə minib.

AZXEBER.COM xəbər verir ki, cari ilin aprelin 23-də Prezidentin sərəncamına uyğun olaraq Azərbaycanın BMT yanında Daimi Nümayəndəsi Tofiq Musayev BMT-nin Hüquq Məsələləri İdarəsini ziyarət edib.

Azərbaycanın BMT-dəki Daimi Nümayəndəliyinin "X” sosial şəbəkə hesabında yayılan məlumatda qeyd olunub ki, Tofiq Musayev 2018-ci il dekabrın 20-də Nyu-Yorkda qəbul edilmiş "Mediasiya nəticəsində əldə olunan beynəlxalq barışıq sazişləri haqqında” Konvensiyanı Azərbaycan Respublikası adından imzalamaq üçün BMT-nin Hüquq Məsələləri İdarəsini ziyarət edib.

Beləliklə, sözügedən Konvensiya Azərbaycan Respublikası adından imzalanıb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Özəl bağçalara elektron qeydiyyat başlayır: TARİX AÇIQLANDI
16:48 09.09.2026
Özəl bağçalara elektron qeydiyyat başlayır: TARİX AÇIQLANDI
Erkən nikah mövzusunda maarifləndirici tədbir keçirildi
16:39 09.09.2026
Erkən nikah mövzusunda maarifləndirici tədbir keçirildi
Ceyhun Bayramov-Ararat Mirzoyan görüşü: “İlin sonuna qədər sülh müqaviləsi imzalana bilər”
16:29 09.09.2026
Ceyhun Bayramov-Ararat Mirzoyan görüşü: “İlin sonuna qədər sülh müqaviləsi imzalana bilər”
İran parlamentinin sədr müavini: Oman Sultanı Hörmüz boğazı üzrə razılaşmanı qəbul edib
16:20 09.09.2026
İran parlamentinin sədr müavini: Oman Sultanı Hörmüz boğazı üzrə razılaşmanı qəbul edib
Övladınızın məktəb alış-verişinə nə qədər pul xərclədiniz? – VİDEOSORĞU
16:14 09.09.2026
Övladınızın məktəb alış-verişinə nə qədər pul xərclədiniz? – VİDEOSORĞU
Məşhur aparıcılar televiziyadan “Youtube”yə keçir - Orada verilişlərə kim nəzarət edəcək?
16:05 09.09.2026
Məşhur aparıcılar televiziyadan “Youtube”yə keçir - Orada verilişlərə kim nəzarət edəcək?
Paşinyan Fransaya gedib
16:01 09.09.2026
Paşinyan Fransaya gedib
Yasamalda hazır mənzil almaq istəyənlər üçün 3 fərqli ödəniş imkanı
15:47 09.09.2026
Yasamalda hazır mənzil almaq istəyənlər üçün 3 fərqli ödəniş imkanı
Birbank Taksit kartı sentyabrda daha çox qazandırır: 3% əlavə bonus
15:24 09.09.2026
Birbank Taksit kartı sentyabrda daha çox qazandırır: 3% əlavə bonus
Havalar soyuyur, balıq mövsümü başlayır – Küçədə satılan balıqlarla bağlı XƏBƏRDARLIQ
15:16 09.09.2026
Havalar soyuyur, balıq mövsümü başlayır – Küçədə satılan balıqlarla bağlı XƏBƏRDARLIQ
Prezident Şarovskinin vəfatı ilə bağlı nekroloq imzaladı
15:14 09.09.2026
Prezident Şarovskinin vəfatı ilə bağlı nekroloq imzaladı
"WhatsApp" istifadəçilərinə xəbərdarlıq: Bunu mütləq bilməlisiniz
15:13 09.09.2026
"WhatsApp" istifadəçilərinə xəbərdarlıq: Bunu mütləq bilməlisiniz
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə məcburi eniş etdi: 2 nəfər axtarılır
15:12 09.09.2026
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə məcburi eniş etdi: 2 nəfər axtarılır
"Smart" televizorlar haqda şok iddia: Sönülü olduğu halda belə danışıqlarınızı qeydə alır
15:10 09.09.2026
"Smart" televizorlar haqda şok iddia: Sönülü olduğu halda belə danışıqlarınızı qeydə alır
Futbol tarixində ilk: 22 yaşlı qız bu klubun baş məşqçisi təyin edildi
15:07 09.09.2026
Futbol tarixində ilk: 22 yaşlı qız bu klubun baş məşqçisi təyin edildi
Madriddə MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin açılışı olub - FOTOLAR
15:02 09.09.2026