"WhatsApp"da yenilik - Əziyyət çəkmədən pul qazandırır

"WhatsApp"da yenilik - Əziyyət çəkmədən pul qazandırır
SOSİAL
03:15 05.06.2026
208
"Meta” "WhatsApp" biznes sahibləri üçün şirkəti yeni "Meta Business Agent” platformasını təqdim edib.

AZXEBER.COM Metbuat.az-a istinadən xəbər verir ki, süni intellekt əsaslı bu sistem kiçik və böyük bizneslərin müştəri xidmətlərini və gündəlik əməliyyatlarını avtomatlaşdırmağa imkan verir. Platforma gələn müştəri mesajlarına avtomatik cavab verir, məhsul kataloqunu analiz edərək fərdi tövsiyələr təqdim edir və xidmət sahələrində görüşlərin planlaşdırılmasını həyata keçirir.

Eyni zamanda, sistem sahibkarlara günün sonunda qısa hesabat təqdim edərək qəbul olunan sifarişlər və təsdiqlənən görüşlər barədə məlumat verir. Şirkətin açıqlamasına görə, yeni həll bizneslərdə vaxt itkisini azaldaraq müştəri idarəetməsini daha səmərəli hala gətirməyi hədəfləyir.
OXŞAR XƏBƏRLƏR