Qəzada ölən İsmayılın atası: "Bədənində zərbə izləri vardı, görünür..." - FOTO+VİDEO

SOSİAL
17:14 27.12.2024
767
"Bir ata kimi ilk növbədə Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya göstərdiyi qayğıya görə təşəkkürümü bildirirəm. Onun tapşırıqları əsasında bütün rayon icra hakimiyyətinin strukturları zəng edib mənimlə maraqlandılar. Köməklik göstərməyə hazır olduqlarını qeyd etdilər. Bu gün dəfn mərasiminə məhz Mehriban Əliyevanın, Heydər Əliyev Fondunun, habelə AZAL-ın nümayəndələri də gəlmişdilər".
 
Bu fikirləri AZXEBER.COM-a açıqlamasında dekabrın 25-də Bakı-Qroznı relsini həyata keçirən təyyarədə qəzaya uğrayaraq həlak olan İsmayılov İsmayılın atası Hamlet İsmayılov deyib.
 
Atası mərhumun bədənində zərbə izləri olduğunu açıqlayıb:
 
"Meyit Bakıya bu gecə saat 2 radələrində gətirilib. Bədənində zərbə izləri var idi. Görünür, harasa dəyərək vəfat edib".
 
İ.İsmayılovun valideyni sonuncu dəfə qəzadan bir gün öncə danışdığını bildirib:
 
"Sonuncu dəfə ayın 24-ndə telefonla əlaqə saxlamışdıq. Dedi ki, sabah (yəni 25 dekabrda) Qroznıya görüşə getməliyəm. İki bacının bir qardaşı idi. 7 yaşlı bir qız övladı da var".
 
Mikayıl Mirzəzadə
Xanlar Əlizadə
 

 

 


 

OXŞAR XƏBƏRLƏR