Öz səsimizi niyə bəyənmirik? -Elmi səbəbi

Öz səsimizi niyə bəyənmirik? -Elmi səbəbi
SOSİAL
15:35 19.08.2026
237
Telefonla səs yazıb öz səsini dinləyənlərin çoxu eyni reaksiyanı verir: "Mənim səsim həqiqətən belədir?” Mütəxəssislərə görə, bunun əsas səbəbi insanın öz səsini danışarkən tamamilə fərqli şəkildə eşitməsidir.

AZXEBER.COM xəbər verir ki, insan danışarkən səs qulağa həm hava, həm də kəllə sümükləri vasitəsilə çatır. Kəllə vasitəsilə ötürülən vibrasiyalar səsin, xüsusilə aşağı tezliklərinin qəbulunu dəyişir. Buna görə də insan öz səsini danışarkən adətən daha qalın və dolğun eşidir. 

Lakin telefon və ya diktofon səsi yazarkən yalnız havadan keçən səsi qeydə alır. Səs yazısını dinləyəndə isə həmin sümük keçiriciliyi olmadığı üçün səs bizə daha fərqli, bəzən daha incə və "yad” gəlir. Elmi araşdırmalar da yazılmış səsin insanın danışarkən eşitdiyi səslə eyni olmadığını göstərir. 

Maraqlısı odur ki, problem təkcə fiziki fərqlə bağlı deyil. İnsan öz səsinə dair müəyyən təsəvvür formalaşdırır və səs yazısı həmin gözləntiyə uyğun gəlməyəndə onu qəribə və ya xoşagəlməz qəbul edə bilər. Araşdırmalar öz səsini bəyənməmənin həm fizioloji, həm də psixoloji amillərlə əlaqəli ola biləcəyini göstərir.

Yəni telefonda eşitdiyimiz səs əslində "başqalarının eşitdiyi səsə” daha yaxındır. Bizim üçün qəribə səslənməsinin səbəbi isə illər ərzində öz səsimizi başqa formada eşitməyimizdir.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR