Bu rayonlarda qaz olmayacaq

Bu rayonlarda qaz olmayacaq
SOSİAL
19:24 08.05.2026
214

Mayın 12-də Hacıqabul və Neftçala rayonlarının bəzi qəsəbə və kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bu barədə AZXEBER.COM-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin Salyan Regional Qaz İstismarı İdarəsindən məlumat verilib.

Bildirilib ki, görüləcək təmir işləri ilə əlaqədar saat 10:00-dan etibarən işlər başa çatanadək Hacıqabul rayonu Muğan qəsəbəsinin, həmçinin Neftçala rayonu Boyad və Ballıcallı kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

OXŞAR XƏBƏRLƏR