Abşeron rayonunda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb - FOTOLAR

Abşeron rayonunda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb - FOTOLAR
SOSİAL
14:41 20.01.2025
320
Abşeron rayonunda 20 Yanvar faciəsi qurbanlarının 35-ci ildönümü dərin ehtiramla yad edilib. Tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və rayon ictimaiyyəti iştirak edib. İştirakçılar Xırdalan səhərində Şəhidlər Abidəsini ziyarət edərək şəhidlərimizin xatirələrini ehtiramla yad ediblər.
 
Heydər Əliyev Mərkəzində davam edən anım tədbirində Ümummilli Liderin və vətənimizin azadlığı uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, dövlət himni oxunub.
 
Tədbirdə çıxış edən Abşeron RİH başçısınün müavini Gülnar Rəhimova, YAP Abşeron Rayon Təşkilatının sədri Abbas Əliyev, "20 Yanvar” Cəmiyyətinin Abşeron Rayon şöbəsinin sədri Eyşan İsgəndərov, Rayon Ağsaqqallar Şurasının sədri, Vətən Müharibəsi şəhidi Vidadi Zalovun atası Nizami Zalov və digərləri bildiriblər ki, 20 Yanvar hadisəsi Azərbaycan xalqının azadlıq mücadiləsi idi. Ona görə də Sovet rəhbərliyi xalqımıza qarşı dəhşətli cinayət törədib və paytaxtımıza, o cümlədən respublikanın bir neçə ərazilərinə qoşun yeridərək əliyalən, azadlıq istəyən, günahsız soydaşlarımızı qətlə yetirib. Sovet rəhbərliyi silah, qətliam gücünə xalqımızı susdurmağa çalışıb və bununla da xalqımızın azadlıq istəyini boğmağa səy gəstərib.

Bildirilib ki, faciədən dərhal sonra xalqımızın Ümummilli Lideri Heydər Əliyev siyasi iradə nümunəsi göstərib, 1990-cı il yanvarın 21-də həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələrək qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham edib, cəsarətli bəyanat verərək əliyalın xalqın qırılmasını yol verilmiş kobud siyasi səhv kimi ifşa edib. Ulu Öndər sonrakı fəaliyyəti dönəmində də 20 Yanvar həqiqətlərinə hüquqi qiymət verilməsi istiqamətində də çox mühüm addımlar atıb. Ümummilli Liderin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar faciəsinə ilk siyasi qiymət verən 21 noyabr 1990-cı il tarixli qərar qəbul edilib. 1994-cü ilin mart ayının 29-da Ulu Öndərin təşəbbüsü ilə Milli Məclis "1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərar qəbul edib, 1998-ci ildə isə "20 Yanvar Şəhidi” fəxri adı təsis olunub. Məhz Ümummilli Liderin sayəsində 20 Yanvar faciəsinin başvermə səbəbləri və günahkarlar üzə çıxıb.

Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyevin yolunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də şəhidlərin xatirəsinin uca tutulmasına, şəhid ailələrinin sosial məsələlərinin həll olunmasına xüsusi diqqət ayırır. Dövlət başçısının təşəbbüsləri sayəsində 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələri üçün effektiv sosial müdafiə sistemi formalaşıb.
 
Daha sonra çıxış edən şəhid ailələri ölkəmizdə şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğını yüksək qiymətləndirdiklərini vurğulayaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.
 

 

 

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycandan keçməklə Ermənistana buğda və propan göndəriləcək
22:05 21.08.2026
Azərbaycandan keçməklə Ermənistana buğda və propan göndəriləcək
Hacıbəy Heydərli: Azərbaycan və Özbəkistan media və QHT-lərinin əməkdaşlığı dünyaya nümunədir
22:00 21.08.2026
Hacıbəy Heydərli: Azərbaycan və Özbəkistan media və QHT-lərinin əməkdaşlığı dünyaya nümunədir
Xəstəxanada izdiham: "Dörd gündür həkim qəbuluna düşə bilmirəm" - VİDEO
21:55 21.08.2026
Xəstəxanada izdiham: "Dörd gündür həkim qəbuluna düşə bilmirəm" - VİDEO
Bakıda gedişhaqqında dəyişiklik: 1 saat ərzində limitsiz nəqliyyat
21:41 21.08.2026
Bakıda gedişhaqqında dəyişiklik: 1 saat ərzində limitsiz nəqliyyat
Xocavənddə mina partlayışı: Xəsarət alan şəxsin vəziyyəti açiqlandi
21:36 21.08.2026
Xocavənddə mina partlayışı: Xəsarət alan şəxsin vəziyyəti açiqlandi
“Opel” idarəetmədən çıxaraq aşdı - 3 nəfər xəsarət aldı
21:34 21.08.2026
“Opel” idarəetmədən çıxaraq aşdı - 3 nəfər xəsarət aldı
Anar Nəcəfliyə yeni vəzifə verildi
21:31 21.08.2026
Anar Nəcəfliyə yeni vəzifə verildi
Gəncədə 65 yaşlı kişi qətlə yetirilib
21:25 21.08.2026
Gəncədə 65 yaşlı kişi qətlə yetirilib
Ərzaq bazarlarında təhlükəsiz qida təminatı üçün nələrə əməl olunmalıdır? - VİDEO
21:17 21.08.2026
Ərzaq bazarlarında təhlükəsiz qida təminatı üçün nələrə əməl olunmalıdır? - VİDEO
Gəncədə boğularaq öldürülən qadının - Fotosu
21:07 21.08.2026
Gəncədə boğularaq öldürülən qadının - Fotosu
Azərbaycan–Özbəkistan müttəfiqliyi: Bakı–Daşkənd xətti yeni regional reallıq formalaşdırır
21:02 21.08.2026
Azərbaycan–Özbəkistan müttəfiqliyi: Bakı–Daşkənd xətti yeni regional reallıq formalaşdırır
Peyvənd vurulan uşaqların sayı açıqlandı
20:56 21.08.2026
Peyvənd vurulan uşaqların sayı açıqlandı
Azərbaycan və Özbəkistanın dostluğu, qardaşlığı dünyaya nümunədir - ŞƏRH
20:54 21.08.2026
Azərbaycan və Özbəkistanın dostluğu, qardaşlığı dünyaya nümunədir - ŞƏRH
Bağlanan universitetin tələbələrinin aqibəti necə olacaq? - AÇIQLAMA
20:38 21.08.2026
Bağlanan universitetin tələbələrinin aqibəti necə olacaq? - AÇIQLAMA
43 yaşlı kişi traktor sürərkən minaya düşdü - 3 qurum birgə məlumat yaydı
20:35 21.08.2026
43 yaşlı kişi traktor sürərkən minaya düşdü - 3 qurum birgə məlumat yaydı
Yunanıstan Azərbaycandan neft idxalını artırıb
20:28 21.08.2026
Yunanıstan Azərbaycandan neft idxalını artırıb