8 may – Beynəlxalq Talassemiya Gününə həsr olunmuş tədbir keçirildi - FOTOLAR

8 may – Beynəlxalq Talassemiya Gününə həsr olunmuş tədbir keçirildi - FOTOLAR
SOSİAL
11:26 09.05.2026
960
Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM), Qan Donorları Assosiasiyası və Azərbaycan Talassemiya Federasiyasının birgə təşkilatçılığı ilə 8 may – Beynəlxalq Talassemiya Gününə həsr olunmuş ictimai maarifləndirmə tədbiri keçirib.

AZXEBER.COM xəbər verir ki, İSİM-də təşkil edilən tədbirdə dövlət qurumlarının rəsmiləri, qeyri-hökumət təşkilatları (QHT), kütləvi informasiya vasitələri (KİV), vətəndaş cəmiyyəti institutlarının nümayəndələri, talassemiyalı şəxslər və onların ailə üzvləri, eləcə də digər qonaqlar iştirak ediblər.

Tədbirin əsas məqsədi cəmiyyətin talassemiya barədə məlumatlılığının artırılması, xəstəliyin irsi xüsusiyyətləri və gənclər arasında nikahdan əvvəl tibbi müayinələrin vacibliyinin təşviqi, habelə qan donorluğunun təbliği və bu xəstəliklə yaşayan şəxslərə göstərilən sosial-tibbi dəstəyin gücləndirilməsinə diqqət çəkilməsidir.

Çıxışlarda talassemiya ilə mübarizə sahəsindəki xüsusi dövlət qayğısı, icra olunan dövlət proqramlarının xəstəliyin mənfi təsirlərinin azaldılmasında və səhiyyə sisteminin bu sahədəki fəaliyyətinin effektivliyinin yüksəlməsində mühüm rolu vurğulanır. 

Həmçinin hər il bütün dünyada qeyd edilən 8 may – Beynəlxalq Talassemiya Gününün bu il "Heç kim kölgədə qalmasın – diaqnozsuz qalanları aşkar etmək və diqqətdən kənarda qalanlara dəstək üçün qlobal çağırış" şüarı altında keçirildiyi diqqətə çatdırılır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2015-ci il fevralın 10-da imzaladığı Sərəncamla təsdiq edilən "Talassemiya ilə mübarizəyə dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”nın xəstəliyin profilaktikasının gücləndirilməsinə, geniş maarifləndirmə işlərinin aparılmasına və talassemiyalı şəxslərə göstərilən tibbi yardımın təkmilləşdirilməsinə yönəldiyi qeyd olunaraq, həyata keçirilən məqsədyönlü fəaliyyətlərdən söz açılır.
Talassemiya ilə yaşayanlara dəstək və müalicə proqramları, vətəndaş cəmiyyətinin fəallığı, erkən diaqnostika, genetik maarifləndirmə və profilaktik tədbirlər xəstəliyin yayılmasının qarşısının alınmasında mühüm əhəmiyyət kəsb edir.
Tədbirin ikinci hissəsində ictimai müzakirələr nəzərdə tutulur. İştirakçılar şəxsi təcrübələrini bölüşərək mövcud çətinliklər, tibbi xidmətlərə çıxış və sosial dəstək mexanizmləri ilə bağlı fikir mübadiləsi aparacaqlar.

 

 

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İran ABŞ-nin İordaniyadakı hərbi bazasına zərbə endirdi
18:59 21.07.2026
İran ABŞ-nin İordaniyadakı hərbi bazasına zərbə endirdi
Messi Argentina millisi ilə vidalaşdı
18:49 21.07.2026
Messi Argentina millisi ilə vidalaşdı
Rektor: Beynəlxalq Türk Dövlətləri Universitetinin böyük planları var
18:45 21.07.2026
Rektor: Beynəlxalq Türk Dövlətləri Universitetinin böyük planları var
İran ABŞ-nin Bəhreyndəki hərbi bazasını vurub
18:35 21.07.2026
İran ABŞ-nin Bəhreyndəki hərbi bazasını vurub
WSJ: İsrail ABŞ-ni İrana qarşı genişmiqyaslı zərbələri bərpa etməyə inandırmağa çalışır
18:21 21.07.2026
WSJ: İsrail ABŞ-ni İrana qarşı genişmiqyaslı zərbələri bərpa etməyə inandırmağa çalışır
Azərbaycanda Süni intellektin inkişafı üzrə məsul dövlət orqanları müəyyənləşdi - SİYAHI
17:59 21.07.2026
Azərbaycanda Süni intellektin inkişafı üzrə məsul dövlət orqanları müəyyənləşdi - SİYAHI
Direktorların işə qəbulu üzrə müsahibə mərhələsi başlayır
17:36 21.07.2026
Direktorların işə qəbulu üzrə müsahibə mərhələsi başlayır
Bərdədə kanalda batan şəxsin meyiti tapıldı
17:33 21.07.2026
Bərdədə kanalda batan şəxsin meyiti tapıldı
Salyandakı qəzada ölənlərin - Fotoları
17:32 21.07.2026
Salyandakı qəzada ölənlərin - Fotoları
“Vital Hospital”dakı hadisədən sonra bu məsələ gündəmə gəldi – Rəsmi Cavab
17:15 21.07.2026
“Vital Hospital”dakı hadisədən sonra bu məsələ gündəmə gəldi – Rəsmi Cavab
İş saatlarının dəyişdirilməsi Bakıda tıxac problemini həll edəcəkmi? – “Bu kifayət etməyəcək”
17:08 21.07.2026
İş saatlarının dəyişdirilməsi Bakıda tıxac problemini həll edəcəkmi? – “Bu kifayət etməyəcək”
Hikmət Hacıyevlə Tural Sadıqlının dialoqu: "Vətənə xəyanət bədbəxtlikdir" - VİDEO
16:52 21.07.2026
Hikmət Hacıyevlə Tural Sadıqlının dialoqu: "Vətənə xəyanət bədbəxtlikdir" - VİDEO
İranda anomal istilər: dövlət və təhsil müəssisələri bağlanır
16:43 21.07.2026
İranda anomal istilər: dövlət və təhsil müəssisələri bağlanır
Özəl bağçalara dövlət yardımı: Valideynlər üçün hansı imkanlar yaranır?
16:22 21.07.2026
Özəl bağçalara dövlət yardımı: Valideynlər üçün hansı imkanlar yaranır?
Paşinyandan heyrətamiz faşist Njde QƏRARI
16:16 21.07.2026
Paşinyandan heyrətamiz faşist Njde QƏRARI
“TikTok-da tanış oldum, həkim olduğunu dedi” – Estetik əməliyyat qalmaqalı
16:15 21.07.2026
“TikTok-da tanış oldum, həkim olduğunu dedi” – Estetik əməliyyat qalmaqalı