Günəş kremi alarkən bu səhvə yol verməyin

Günəş kremi alarkən bu səhvə yol verməyin
SOSİAL
15:59 08.05.2026
545
Saxta günəş kremləri insanlarda ciddi dəri problemlərinə, bəzi hallarda isə reanimasiya müdaxiləsinə qədər gedib çıxan ağır fəsadlara səbəb ola bilir.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, türkiyəli dermatoloq Hatice Uce Özkol bildirib ki, SPF 30 və daha yüksək qoruma faktoru gündəlik istifadə üçün kifayət edir, SPF 90 və ya 100 kimi yüksək göstəricilərə aldanmağa ehtiyac yoxdur.

Dermatoloq vurğulayıb ki, günəşdən qoruyucu vasitələr yalnız etibarlı apteklərdən alınmalı, seçim zamanı isə mütəxəssis tövsiyələrinə diqqət edilməlidir. O qeyd edib ki, ucuz və mənşəyi bilinməyən məhsullar qısa müddətdə dəriyə ciddi zərər vura bilər.

Professor həmçinin bildirib ki, günəş kremi seçərkən dəri tipinə uyğun məhsullara üstünlük verilməsi vacibdir.

Şahanə
OXŞAR XƏBƏRLƏR