Hamilə qadın virusa yoluxdu - Həkim işdən çıxarıldı, elektron qolbaqla gəzəcək

Hamilə qadın virusa yoluxdu - Həkim işdən çıxarıldı, elektron qolbaqla gəzəcək
SOSİAL
11:57 22.01.2025
305
52 yaşlı həkim xəstəni immunçatışmazlığı virusuna (HİV) yoluxdurduğu üçün cəzalandırılıb. Onun həkim kimi fəaliyyətinə xitam verilib.

AZXEBER.COM Musavat.com-a istinadən xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Gigiena və Epidemologiya Mərkəzinin QİÇS-lə mübarizə şöbəsinin həkim-laborantı Nəsibə Zamanova (ad və soy adı şərtidir) işdən çıxarılıb.

O, işlədiyi dövrdə öz xidməti vəzifələrini lazımınca yerinə yetirə bilməyib. Onun işlədiyi müddətdə hamilə pasientlərdən birinə qan lazım olub. Donor isə hamilə qadının atası olub. Həkim N.Zamanova lazım olan müayinələri aparmayıb və donor olan atanın qanında immunçatışmazlığı virusunu müəyyən edə bilməyib. Bununla da hamilə qadının immunçatışmazlığı virusuna yoluxmasına səbəb olub.

Pasientin HİV virusuna yoluxması isə doğuşdan sonra müəyyən edilib. Doğulan körpədə isə virus aşkarlanmayıb.

N.Zamanova bu əməlinə görə peşman olub. 20 ildən artıq Naxçıvan Muxtar Respublikası Gigiyena və Epidemiologiya Mərkəzinin QiÇS-lə mübarizə və profilaktika şöbəsində müxtəlif vəzifələrdə çalışmış Zamanova 2023-cü ildə öz ərizəsi ilə işdən ayrıldığını deyir.

HİV-ə yoluxmuş pasientin müalicəsi hazırda davam edir. O, həkimdən şikayətçi olmayıb, barışıblar. 

Zamanova 1 il 6 ay müddətinə həkim fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilib. 1 il 6 ay müddətə isə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. O, bu müddət ərzində elektron qolbaqla gəzəcək.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycandan keçməklə Ermənistana buğda və propan göndəriləcək
22:05 21.08.2026
Azərbaycandan keçməklə Ermənistana buğda və propan göndəriləcək
Hacıbəy Heydərli: Azərbaycan və Özbəkistan media və QHT-lərinin əməkdaşlığı dünyaya nümunədir
22:00 21.08.2026
Hacıbəy Heydərli: Azərbaycan və Özbəkistan media və QHT-lərinin əməkdaşlığı dünyaya nümunədir
Xəstəxanada izdiham: "Dörd gündür həkim qəbuluna düşə bilmirəm" - VİDEO
21:55 21.08.2026
Xəstəxanada izdiham: "Dörd gündür həkim qəbuluna düşə bilmirəm" - VİDEO
Bakıda gedişhaqqında dəyişiklik: 1 saat ərzində limitsiz nəqliyyat
21:41 21.08.2026
Bakıda gedişhaqqında dəyişiklik: 1 saat ərzində limitsiz nəqliyyat
Xocavənddə mina partlayışı: Xəsarət alan şəxsin vəziyyəti açiqlandi
21:36 21.08.2026
Xocavənddə mina partlayışı: Xəsarət alan şəxsin vəziyyəti açiqlandi
“Opel” idarəetmədən çıxaraq aşdı - 3 nəfər xəsarət aldı
21:34 21.08.2026
“Opel” idarəetmədən çıxaraq aşdı - 3 nəfər xəsarət aldı
Anar Nəcəfliyə yeni vəzifə verildi
21:31 21.08.2026
Anar Nəcəfliyə yeni vəzifə verildi
Gəncədə 65 yaşlı kişi qətlə yetirilib
21:25 21.08.2026
Gəncədə 65 yaşlı kişi qətlə yetirilib
Ərzaq bazarlarında təhlükəsiz qida təminatı üçün nələrə əməl olunmalıdır? - VİDEO
21:17 21.08.2026
Ərzaq bazarlarında təhlükəsiz qida təminatı üçün nələrə əməl olunmalıdır? - VİDEO
Gəncədə boğularaq öldürülən qadının - Fotosu
21:07 21.08.2026
Gəncədə boğularaq öldürülən qadının - Fotosu
Azərbaycan–Özbəkistan müttəfiqliyi: Bakı–Daşkənd xətti yeni regional reallıq formalaşdırır
21:02 21.08.2026
Azərbaycan–Özbəkistan müttəfiqliyi: Bakı–Daşkənd xətti yeni regional reallıq formalaşdırır
Peyvənd vurulan uşaqların sayı açıqlandı
20:56 21.08.2026
Peyvənd vurulan uşaqların sayı açıqlandı
Azərbaycan və Özbəkistanın dostluğu, qardaşlığı dünyaya nümunədir - ŞƏRH
20:54 21.08.2026
Azərbaycan və Özbəkistanın dostluğu, qardaşlığı dünyaya nümunədir - ŞƏRH
Bağlanan universitetin tələbələrinin aqibəti necə olacaq? - AÇIQLAMA
20:38 21.08.2026
Bağlanan universitetin tələbələrinin aqibəti necə olacaq? - AÇIQLAMA
43 yaşlı kişi traktor sürərkən minaya düşdü - 3 qurum birgə məlumat yaydı
20:35 21.08.2026
43 yaşlı kişi traktor sürərkən minaya düşdü - 3 qurum birgə məlumat yaydı
Yunanıstan Azərbaycandan neft idxalını artırıb
20:28 21.08.2026
Yunanıstan Azərbaycandan neft idxalını artırıb