“İRƏLİ” İctimai Birliyi 20 Yanvar faciəsinin 35-ci il dönümünə həsr olunmuş silsilə tədbirlər keçirib - FOTOLAR

“İRƏLİ” İctimai Birliyi 20 Yanvar faciəsinin 35-ci il dönümünə həsr olunmuş silsilə tədbirlər keçirib - FOTOLAR
SOSİAL
21:38 21.01.2025
377
"İRƏLİ” İctimai Birliyi tərəfindən 20 Yanvar faciəsinin 35-ci il dönümünə həsr olunmuş silsilə tədbirlər həyata keçirilib.

​AZXEBER.COM xəbər verir ki,  "İRƏLİ” İctimai Birliyinin nümayəndələri və üzvləri Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin məzarlarını ziyarət ediblər. 

Tədbirlər çərçivəsində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi - Metodiki və İxtisasartırma Mərkəzi, "İRƏLİ” İctimai Birliyi, "CƏNGİ” Gənclər Birliyi və Beynəlxalq Muğam Mərkəzinin birgə təşkilatçılığı ilə anım tədbiri keçirilib.Tədbirdə fotomüxbir Rasim Sadıxovun fotolarından ibarət sərgi və "Qanlı Yanvar” filmi təqdim olunub.

Silsilə tədbirlər müddətində həmçinin, "İRƏLİ” İctimai Birliyi və LIBRAFF Kitab mağazaları şəbəkəsinin müştərək layihəsi olan "Gənclərlə” adlı proqram çərçivəsində 20 Yanvar faciəsinin 35-ci ildönümünə həsr edilmiş ilk görüş keçirilib.

Görüşün ilk qonaqları Xalq artisti Nurəddin Mehdixanlı, fotomüxbir Rafiq Bağırov və fotojurnalist Rasim Sadıxov olublar.

Tədbirdə, 20 Yanvar faciəsinin əhəmiyyəti və onun gənclər üçün nə dərəcədə önəmli olduğu müzakirə olunub. Xalq artisti Nurəddin Mehdixanlı həmin günün xalqımızın yaddaşında necə qaldığını və onun bizə necə dərslər verdiyini vurğulayıb. Fotomüxbir Rafiq Bağırov, fotojurnalist Rasim Sadıxov isə 20 Yanvar hadisələrinin fotolarına baxaraq, həmin anların əhəmiyyətini və yaşanılan hisləri iştirakçılarla bölüşüb. Görüşün sonunda iştirakçılar həmin faciənin gənclər tərəfindən unudulmaması üçün daha çox belə tədbirlərin keçirilməsinin vacibliyini qeyd ediblər.

Silsilə tədbirlərin davamında təşkilat tərəfindən 20 Yanvar faciəsinin ildönümünə həsr olunmuş sosial media kampaniyası keçirilib. Gənclərin iştirakı ilə "X” sosial şəbəkəsində keçirilən aksiyada iştirakçılar Qanlı Yanvar hadisələri ilə bağlı faktlar və statistik məlumatları xarici dillərdə sosial media istifadəçiləri ilə bölüşüblər.

Bildirilib ki, həyata keçirilən tədbirlər planının əsas məqsədi Azərbaycan xalqının mübarizə dolu, tarixi səhifəsinin gənclərə aşılanması, 20 Yanvar faciəsi haqqında gənc nəslin məlumatlılığının artırılması, eyni zamanda törədilmiş cinayətlərin beynəlxalq miqyasda sosial şəbəkə istifadəçilərinə çatdırılmasıdır.
 

 

 

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycandan keçməklə Ermənistana buğda və propan göndəriləcək
22:05 21.08.2026
Azərbaycandan keçməklə Ermənistana buğda və propan göndəriləcək
Hacıbəy Heydərli: Azərbaycan və Özbəkistan media və QHT-lərinin əməkdaşlığı dünyaya nümunədir
22:00 21.08.2026
Hacıbəy Heydərli: Azərbaycan və Özbəkistan media və QHT-lərinin əməkdaşlığı dünyaya nümunədir
Xəstəxanada izdiham: "Dörd gündür həkim qəbuluna düşə bilmirəm" - VİDEO
21:55 21.08.2026
Xəstəxanada izdiham: "Dörd gündür həkim qəbuluna düşə bilmirəm" - VİDEO
Bakıda gedişhaqqında dəyişiklik: 1 saat ərzində limitsiz nəqliyyat
21:41 21.08.2026
Bakıda gedişhaqqında dəyişiklik: 1 saat ərzində limitsiz nəqliyyat
Xocavənddə mina partlayışı: Xəsarət alan şəxsin vəziyyəti açiqlandi
21:36 21.08.2026
Xocavənddə mina partlayışı: Xəsarət alan şəxsin vəziyyəti açiqlandi
“Opel” idarəetmədən çıxaraq aşdı - 3 nəfər xəsarət aldı
21:34 21.08.2026
“Opel” idarəetmədən çıxaraq aşdı - 3 nəfər xəsarət aldı
Anar Nəcəfliyə yeni vəzifə verildi
21:31 21.08.2026
Anar Nəcəfliyə yeni vəzifə verildi
Gəncədə 65 yaşlı kişi qətlə yetirilib
21:25 21.08.2026
Gəncədə 65 yaşlı kişi qətlə yetirilib
Ərzaq bazarlarında təhlükəsiz qida təminatı üçün nələrə əməl olunmalıdır? - VİDEO
21:17 21.08.2026
Ərzaq bazarlarında təhlükəsiz qida təminatı üçün nələrə əməl olunmalıdır? - VİDEO
Gəncədə boğularaq öldürülən qadının - Fotosu
21:07 21.08.2026
Gəncədə boğularaq öldürülən qadının - Fotosu
Azərbaycan–Özbəkistan müttəfiqliyi: Bakı–Daşkənd xətti yeni regional reallıq formalaşdırır
21:02 21.08.2026
Azərbaycan–Özbəkistan müttəfiqliyi: Bakı–Daşkənd xətti yeni regional reallıq formalaşdırır
Peyvənd vurulan uşaqların sayı açıqlandı
20:56 21.08.2026
Peyvənd vurulan uşaqların sayı açıqlandı
Azərbaycan və Özbəkistanın dostluğu, qardaşlığı dünyaya nümunədir - ŞƏRH
20:54 21.08.2026
Azərbaycan və Özbəkistanın dostluğu, qardaşlığı dünyaya nümunədir - ŞƏRH
Bağlanan universitetin tələbələrinin aqibəti necə olacaq? - AÇIQLAMA
20:38 21.08.2026
Bağlanan universitetin tələbələrinin aqibəti necə olacaq? - AÇIQLAMA
43 yaşlı kişi traktor sürərkən minaya düşdü - 3 qurum birgə məlumat yaydı
20:35 21.08.2026
43 yaşlı kişi traktor sürərkən minaya düşdü - 3 qurum birgə məlumat yaydı
Yunanıstan Azərbaycandan neft idxalını artırıb
20:28 21.08.2026
Yunanıstan Azərbaycandan neft idxalını artırıb